Azərbaycan İdeyası

Dünyaya nüvə düyməsinə əl ata bilən liderlər başçılıq edir – Qorxunc durum

Tarix:6-08-2019, 18:00
Baxış Sayı:184

KORRUPSİYA-Q.AZ

Dünya 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış nüvə anlaşmasının (Orta mənzilli nüvə başlığı daşıyan ballistik raketlərin ləğvini nəzərdə tutan müqavilə - INF) ləğv edilməsi ilə yeni böhranla üz-üzə qalıb. Vaşinqtonun müqavilədən çıxmasından sonra ABŞ və Rusiyada yeni nəsil raketlərin istehsalına başlayacağı xəbərləri yayıldığı halda, İran ABŞ-la imzaladığı nüvə anlaşması üzrə üzərinə götürdüyü öhdəlikləri arxa plana atdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp INF-nin ləğv edilməsinin ardından Rusiya və Çinlə yeni nüvə anlaşması imzalamaq istədiyini bildirib.

Ekspertlərin fikrincə, INF-nin ləğv edilməsi ilə dünya sürətlə “soyuq müharibə” dönəminə geri qayıdır, lakin bu dəfə supergüclərə nüvə silahına əl ata biləcək liderlər başçılıq edir. Beləliklə, ABŞ-ın “Orta mənzilli nüvə başlığı daşıyan ballistik raketlərin ləğvi”nə dair anlaşmanın üstündən xətt çəkməsilə dünya yeni bir böhranla üz-üzə qalıb.

Rusiya Prezidenti Vladimir Putin INF-dən çəkilən ABŞ-ın yeni nəsil raketlərin istehsalına başlayacağına dair addımına cavab olaraq yazılı açıqlama yayıb. ABŞ-ın bu həmləsini diqqətdə saxlayacağını bildirən Putin ABŞ-ın bu addımına eyni addımla cavab verəcəklərini vurğulayıb.

ABŞ-ın İranla 2015-ci ildə imzalanan nüvə anlaşmasından təktərəfli formada çıxmasına cavab olaraq, İran da bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsini arxa plana atacağını açıqlayıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu öhdəliklərin artıq rəsmi Tehran üçün üçüncü dərəcəli məsələ olduğunu bildirib.

Anlaşmaların qüvvədən düşməsi ilə qlobal siyasətdə boşluqlar nəzərə çarpmağa başlayıb. Trampın INF-nin ləğvindən sonra Rusiya və Çinlə yeni nüvə anlaşması imzalamaq niyyətində olduğunu açıqlamasının da bu boşluqdan irəli gəldiyi ehtimal olunur.

“Soyuq müharibə” dönəminin siyasi termini olan “qorxunc balans” anlayışı SSRİ və ABŞ-ın sahib olduğu nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün işlədilirdi. Ekspertlər nüvə anlaşmalarının ləğvilə bu mərhələnin yenidən start götürməsinə diqqət çəkir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Bakıda kişi telefona çox baxan arvadını döydü
Bakıda kişi telefona çox baxan arvadını döydü
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN