Azərbaycan İdeyası

Xəbər siyasətini yalan, şayiələr üzərində quran KİV-ləri ciddi cəza gözləyir

Tarix:13-11-2015, 16:25
Baxış Sayı:359

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilib. Yeni sərəncam kütləvi informasiya vasitələrinin məsuliyyətini daha da artıracaq. Artıq bundan sonra xəbər siyasətini yalan, şayiələr üzərində quran KİV-ləri ciddi cəza gözləyir.
Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanununa dəyişiklik edilməsi barədə qərar qəbul edilib. Ölkə başçısının kütləvi informasiya vasitələri haqqında qanuna etdiyi dəyişikliyi jurnalistlər birmənalı olaraq məsuliyyət kimi qəbul edirlər.

Qanunun 44-cü maddəsinə əlavə edilən dəyişiklikdə deyilir: “Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.

Təkzib
Bərdə Regional Mühafizə Şöbəsinin rəisi Zülfü Süleymanovun “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozması ilə əlaqədar qəzetimizin 2015-ci il tarixli sayca 46-cı nəşrində dərc olunmuş “Polis rəisinin sələmçi oğlu ev yıxır” sərlövhəli məqaləyə əsasən araşdırma aparılaraq nəticəsi barədə məlumat verilməsi haqda azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığımız müraciətə baxılmışdır. DİN-nin Baş Mühafizə İdarəsi tərəfindən müəyyıən edilmişdir ki, vətəndaş Mətanət Cəfərovanın redaksiyamıza etdiyti müraciət üzrə təfərrüatlar, o cümlədən İlham Süleymanov ad və soyadlı şəxsin Bərdə Regional Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zülfü Səfərovun soyadı Süleymanov kimi göstərilmişdir. Məqalədə adı qeyd olunan vətəndaş Mətanət Cəfərova və onun yaxın qohumları ilə vətəndaş Etibar Mehtiyev, İlham Süleymanov və qeyrilərinin aralarında yaranmış əmlak mübahisəsinə 15 may 2015-ci il tarixdə Bərdə Rayon Məhkəməsində, qarşılıqlı iddia üzrə isə 31 avqust 2015-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış, Cəfərovlar ailəsinin şikayəti təmin edilməmişdir.
DİN-nin BMİ-nin redaksiyamıza göndərdiyi 14.10.2015-ci il tarixli 038-19870-1215 saylı məktubda bildirilir ki, “araşdırma prosesində vət. M. Cəfərova idarənin rəhbərliyinə müraciət edərək şikayət etdiyi şəxsin polis polkovnik leytenantı Z. Səfərova heç bir aidiyyatının olmadığını göstərmişdir. Əlavə olaraq bildiririk ki, polis polkovnik-leytenantı Z. Səfərovun orta məktəb şagirdi olan övladlarının arasında İlham adlı oğlu yoxdur”.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd