Azərbaycan İdeyası

Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ

Tarix:21-01-2020, 16:21
Baxış Sayı:127


Baş Prokurorluq “Jamaz.info” saytına xəbərdarlıq edib.

Prokurorluqdan BakuPost-a daxil olan məlumatda deyilir:
“Baş Prokurorluqda aparılmış araşdırmalarla “jamaz.info” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.
Qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş redaktoru İbişbəyli Fikrət Fəraməz oğlu Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib