Azərbaycan İdeyası

Nazirlikdən 20 Yanvar şəhidlərinin ailələrinin narazılığı ilə bağlı AÇIQLAMA

Tarix:23-01-2020, 12:39
Baxış Sayı:125


Sosial şəbəkə səhifələrinin birində yayımlanan videoda bir neçə 20 Yanvar şəhidi ailəsinin üzvü onlara göstərilən qayğıdan narazılıq ifadə ediblər.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, bu narazılığın tam əksi olaraq, 20 Yanvar şəhidlərimizin xatirəsi daim uca tutulur, hər il faciənin ildönümündə şəhidlərimizin məzarı ümumxalq səviyyəsində ziyarət olunur:
“Bu gün hər bir azərbaycanlının qəlbində şəhidlərimizin xatirəsinə sonsuz ehtiram hissi var. Eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində də dövlət tərəfindən mühüm işlər aparılır.
Şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlər, onlar üçün həyata keçirilən bütün sosial müdafiə tədbirləri, eynilə 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə də şamil edilir. Yəni burada tam bərabər yanaşma, bərabər təminat səviyyəsi mövcuddur.
Ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib ki, onların sırasında 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri də var. Həmçinin, müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6750 minik avtomobili verilib ki, onlardan bir hissəsi də 20 Yanvar əlilləridir. (116 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 92 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib)
Prezidentin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri aylıq 300 manat təqaüdlə, şəhid ailələrinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvləri, uşaqları aylıq müavinətlə təmin edilir, həmçinin əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının üzərinə 100 manata yaxın əlavə edilir”.
“Əlilliyə görə aylıq müavinət alan 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdləri ilə birgə I qrup – 450 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 360, III qrup – 320 manat, pensiya alan 20 Yanvar əlillərinə isə əlavə olaraq Prezidentin aylıq təqaüdləri (I qrup – 300 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 230, III qrup – 210 manat) ödənilir.
Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ödənişli ali təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Ölkənin qanunvericiliyində onlar üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Məsələn, 20 Yanvar əlillərinə əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq verilir, işçilərin sayı və ya ştatı ixtisar edilərkən şəhid ailəsi üzvlərinə işdə saxlanmaqla üstünlük verilir.
Hər il olduğu kimi, bu ildə də 1990-cı ilin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin ediliblər”, - deyə F.Talıbov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, 20 Yanvar şəhidlərinin ailələri hər hansı vəsiqədən asılı olmayaraq bu yüksək statusu – ŞƏHİD ailəsi statusunu daşıyırlar və şəhid ailələri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlərdən istifadə edirlər. Bununla belə, “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında vəsiqənin nümunəsi də hazırlanıb və yaxın günlərdə təsdiq olunacaq.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama