Azərbaycan İdeyası

Böyük qalmaqal yaşadılar: amma deputat ola bildilər...

Tarix:11-02-2020, 13:31
Baxış Sayı:224

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası mərhələsində seçicilərin sərt etirazı ilə qarşılanan namizədlər də qalib elan edilib.
Korrupsiya-q.az Yenisabaha istinadən xəbər verir ki, həmin namizədlər Milli Məclisin köhnə tərkibində təmsil olunan Çingiz Qənizadə, Fəzail Ağamalı, Sahib Alıyev, Elşən Musayev və Sevinc Fətəliyevadır.
80 saylı İmişli-Beyləqan seçki dairəindən üçüncü dəfə namizədliyini irəli sürən və təbliğat mərhələsində seçicilərin bir neçə dəfə etirazı ilə qarşılanan Çingiz Qənizadə 44.6 faiz səslə qalib elan edilib.
60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini dördüncü dəfə namizədliyini irəli sürən və rəqibi Kamil Musəvinin tərəfdarları ilə qarşıdurma yaşayan Fəzail Ağamalı 49.2 faiz səslə qalib elan edilib.
95 saylı Tərtər seçki dairəsindən üçüncü dəfə deputat seçilmək istəyən, lakin seçicilərin sərt təpkisi ilə üzləşən Sahib Aliyev 40.3 faiz səslə qalib elan edilib.
110 saylı Zaqatala seçki dairəsindən ikinci dəfə namizədliyini irəli sürən, təbliğat dönəmində seçicilərin etiraz ilə qarşılanan, görüşü tərk edən zaman fitə basılan Elşən Musayev 48.4 faiz səslə qalib elan edilib.
30 saylı Suraxanı birinci seçki dairəsindən növbət dəfə namizədliyini irəli sürən Sevinc Fətəliyeva isə seçicilərin etirazları ilə üzləşməsinə baxmayaraq 62.2 faiz səslə qalib elan edilib.
MSK sədri Məzahir Pənahov hələlik bu şəxslərdən yalnız Çingiz Qənizadənin qalib elan olunduğu 80 saylə İmişili-Beyləqan seçki dairəsində qanun pozuntuları ilə bağlı şikayətlərin olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı