Azərbaycan İdeyası

Novruz çərşənbələrinin vaxtı açıqlandı

Tarix:21-02-2020, 10:54
Baxış Sayı:119



Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

Korrupsiya -q.az -ın məlumatına görə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə açıqlamasında bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.
Novruz bayramı günlərində turistləri Azərbaycanda nə gözləyir
X.Mikaylovun sözlərinə görə, martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
X.Mikayılov vurğulayıb ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir: "Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək".
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı