Azərbaycan İdeyası

Azərbaycanda icra başçısına şok ittiham: “Evimi söküb pulunu vermirlər” - VİDEO

Tarix:27-02-2020, 11:35
Baxış Sayı:98

Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən evlərin pilot layihə çərçivəsində sökülməsi bəzi narazılıqlar yaratmaqdadır.
Korrupsiya-q.az xəbər verir ki, belə narazılıqlardan biri də hazırda Nərimanov rayonu, Montin qəsəbəsində həyət evlərinin söküntüsü zamanı baş verməkdədir.
Məlumata görə, pilot layihə çərçivəsində ərazidəki həyət evlərinin söküntüsü zamanı Nərimanov icra başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin göstərişinə əməl etməyərək, qanunsuzluğa və zorakı üsullara əl atmaqdadır.
Ərazidə rəsmi qeydiyyatda olan və yaşayan Rzayev Zal Nəbi oğlu AzFakt.com-a şikayət edərək bildirir ki, onun həyətində iki ev mövcuddur və əlində dövlət qurumunun rəsmi çıxarışı olmasına baxmayaraq, Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev evlərdən birini görməzdən gəlir:
“İcra başçısına bir neçə dəfə məsələ ilə bağlı şikayət etsəm də, heç bir nəticəsi olmayıb. Ərazidə birinci müavin Şahmar İbadovun dəllalları kimi tanınan bəzi şəxslər isə bir neçə dəfə mənə deyiblər ki, məsələnin ən yaxşı çözümü icra hakimiyyəti ilə anlaşmaqdır.
Yəni Nərimanov Rayon İcra Hakimiyyəti ilə onlar istədiyi kimi anlaşa bilməsəm, dövlətdən sökülən evimin pulunu belə almaya bilərəm”.
Vətəndaş qeyd edir ki, həyətində yerləşən və hazırda mövcud olan iki evdən birini Abdin Fərzəliyev və ərazini sökən “RR Contructions” MMC şirkəti görməzdən gəlir.
Prezident İlham Əliyev göstəriş verib ki, sökülən ev sahiblərinin ilk öncə mənzillə təmin edilməsi həyata keçirilməlidir. Amma Abdin Fərzəliyev, “dəstəsi” və söküntü ilə məşğul olan “RR Contructions” MMC şirkəti bu göstərişə əməl etmir.
Şikayətçi bildirir ki, hər gün Nərimanov Rayon İcra Hakimiyyətinin işçiləri və Abdin Fərzəliyevin müavini Şahmar İbadovun dəllalları qapımıza gələrək, bizə müxtəlif yollarla hədə-qorxu gəlirlər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı