Azərbaycan İdeyası

Tətil Novuza qədər uzadıla bilərmi? (TƏKLİF)

Tarix:6-03-2020, 13:41
Baxış Sayı:181


“Məktəblərdə və Universitetlərdə dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın”.
AzToday.az xəbər verir ki, bu təklifi iqtisadçı ekspert Qubad İbadoğlu səsləndirib. O, bununla bağlı Təhsil Nazirliyi və Nazirlər Kabinetinə müraciət edib:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına görə, İrandan gələn daha 3 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, Azərbaycanda koronavirus xəstələrinin ümumi sayı 6 nəfərə çatıb. Eyni zamanda əsasən İrandan gələn 500-dək koronavirus şübhəsi olan Azərbaycan vətəndaşları hazırda karantindədir. Koronavirus daşıyıcılarının və onda şübhəli bilinənlərin sayında son bir neçə gündə 2 dəfədən çox artımın müşahidə olunduğu şəraitdə uşaqlara və gənclərə yönələn risklər aradan qaldırılmamış martın 10-dan məktəblərdə və universitetlərdə tədrisi yenidən bərpa etmək təhlükəlidir. Təklif edirəm ki, Təhsil Nazirliyinə müraciət edək və Nazirlər Kabineti qarşısında məsələ qaldıraq ki, dərslərin təxirə salınmasını Novruz tətilinə qədər uzatsın”.
Qubad ibadoğlu qeyd edib ki, UNESCO-nun məlumatına görə 20-dən çox ölkədə 291 milyon məktəblinin dərslərinə koronavirus karantini səbəbindən bu ay ərzində fasilə verilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı