Azərbaycan İdeyası

Kəmalə Ağazadə: “Sığınacağın dezinfeksiya olunması üçün müraciət etmişik”

Tarix:10-03-2020, 17:37
Baxış Sayı:118


“Ölkədə koronavirus təhlükəsi ilə bağlı inzibati binalarda dezinfeksiya işləri aparılır. Yaxın günlərdə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində də dezinfeksiya işlərinin aparılması ilə bağlı müraciət edilib”.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, qərar hər bir müəssisəyə şamil olunmalıdır:
“Bizim sığınacaqda hazırda 35 nəfər var. Bu qədər uşağı, ananı hara yerləşdirim? Heç olmasa, dezinfeksiya olunmuş bağçalardan birinə 2 günlük uşaqları yerləşdirə bilsək, bu işlərə başlayardıq. Onsuz da rəsmi olaraq təhsil müəssisələrinin, eləcə də bağçaların fəaliyyəti dayandırılıb. İki gün bağçada qalmaqla, sığınacaqda da təhlükəsizlik tədbirləri görmək mümkündür.
Məsələ ilə bağlı bu gün Binəqədi rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət etdik. Müraciətimiz qəbul olundu və qısa zamanda cavablandırılacağı bildirildi. Şifahi olaraq müraciətimizin müsbət cavablandırılacağı bildirildi. Yaxın zamanda Uşaq Sığınacağının da dezinfeksiya edilməsi gözlənilir”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı