Azərbaycan İdeyası

Bu usaqlar da 1-ci sinfe gedir – Foto

Tarix:15-09-2017, 14:57
Baxış Sayı:8 370

 Bu usaqlar da 1-ci sinfe gedir – Foto

Uşaq Sığınacağı Reinteqrasiyası Mərkəzinin valideyn himayəsindən məhrum olmuş uşaqları təhsil həyatına qədəm qoyub.
Bu barədə Axar.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiyası mərkəzinin 15 sakini bu gün məktəbə yola salınıb.
K.Ağazadə bildirib ki, bu uşaqlardan 3 birinci sinfə gedir:
“Sığınacağımızın 15 sakini də 246 saylı məktəbə gedir. İndi dərsə yola saldığımız 6 sagirdən 3-ü birinci sinfə başlayıb bu gündən. Digərləri isə 2-ci 3-cü sinfə gedirlər”.
Uşaq Sığınacağı Reinteqrasiyası mərkəzinin 9 balaca sakini isə fərdi təhsilə yönləndirilib:
“Sığınacağımızda elə uşaqlar var ki, yaşları 9-10 olmasına baxmayaraq heç vaxt məktəbə getməyib, təhsil almayıblar. Bu səbəbdən həmin uşaqları biz fərdi təhsilə yazmaq məcburiyyətində qaldıq. Onlar arasında qızlarımız da, oğlanlarımız da var. Həmin balacalar da 246 saylı məktəbdə təhsil alacaqlar”.
K.Ağazadə əmindir ki, valideyn himayəsindən məhrum olmuş bu balacaların alacaqları təhsil onların yaşadıqları mühitdə aldıqları travmanı unutduracaq:
“Onlar bir-birlərinin əlini tutaraq, bir-birlərinə sığınaraq, çox sevinclə məktəbə getdilər. Təhsil onların gələcəyi, onların xoşbəxtliyidir”.



OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı