Azərbaycan İdeyası

“Spirt və maska bizi virusdan qorumur” — Gözdən də yoluxan təhlükə - VİDEO

Tarix:20-04-2020, 12:03
Baxış Sayı:764

Spirt, maska və yaxud sarmısaq insanları yayılan koronavirusdan və infeksiyadan qoruyurmu?
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.
Sakin: “Kütləvi yerlərdə ağzıma yaşmaq bağlayıram, spirtlə, yaş salfetka ilə əlimi dezinfeksiya edirəm”.
Sakin: “Spirtdən istifadə etmək lazımdır, sarımsaq yemək, maska taxmaq lazımdır”.
İnsanlar virusdan qorunmaq üçün müxtəlif üsullara əl atır. Xüsusilə tibbi maskalardan geniş istifadə olunur. Bu maskalar qoruyurmu sualı isə ən çox müzakirəyə səbəb olan mövzulardandır. Bir çox həkimlər maskaların heç bir qoruyucu təsirə malik olmadığını deyir. Maskanı virusa yoluxan adam taxmalıdır ki, başqalarına yoluxdurma riski qismən azalsın.
Aytən İsmayılzadə - Pediatr: “Bir xəstə insan ətrafımızda bu cür asqırıb, öskürsə, biz əgər maska taxsaq belə, həmin xəstəliyə yoluxa bilərik. 1-ci ona görə ki, bu virus hətta gözlə də yoluxa bilir. Gözün selikli qişası o qədər həssasdır ki, virus gözdən də insan orqanizminə daxil ola bilər. Onları qorusaq belə, saçımıza düşəcək, paltarımıza düşəcək, toxunacağıq. Toxunduqdan sonra əlimizi ağzımıza aparacağıq. Ona görə, xəstə insanlar taxmalıdır ki, ağzından çıxan viruslar qalsın maskada, ətrafa yayılmasın”.
Həkim-ekspert Adil Qeybulla isə deyir ki, koronavirus epidemiyasından qorunmaq üçün spirtdən istifadə inandırıcı deyil. Yəni, spirtdən istifadənin effekti yoxdur. O, bunu spirtin antivurus aktivliyinin yüksək olmaması ilə əlaqələndirir.
Adil Qeybulla – Həkim: “Spirt əldə olan piy qatının üstündəki mikrobları tam təmizləyə bilmir. Ona görə, də bu spirtə çox da baş qoşmaq lazım deyil. Çünki adamlar panikaya düşürlər, hamı bir-birindən eşidir ki, spirt effektivlidir və ona görə də onlar da buna riayət edirlər”.
Həkimlər virusdan qorunmaq üçün məsələyə ciddi yanaşılmasını tövsiyyə edir.
Aytən İsmayılzadə - Pediatr: “Əgər biz ictimai yerə çıxdıqsa, yəni metroda, avtobusda tutacaqdan tutduqsa, kimləsə görüşdüksə, əlimizə pul aldıqsa, insanlarla çox təmasda olan bir işdə işdəyiriksə, gün ərzində bir neçə dəfə əlimizi yumaq, əlimizi yumadıqca, ağzımıza, burnumuza, gözlərimizə aparmamaq, yemək yeməmək lazımdır”.
Adil Qeybulla – Həkim: “İdmanla məşğul olmaq, yaxşı qidalanmaq, xüsusilə meyvə tərəvəzi axar su altında yaxşı yumaq, əti, yumurtanı yaxşı bişirmək lazımdır. Otağın havasını tez-tez ventilyasiya etdirmək lazımdır. Bunlar sağlamlığın və yoluxmamağın vacib şərtləridir”.
Deyilənlərə əməl edək ki, sağlamlığımızı təhlükə altında qoymayaq.

OXŞAR XƏBƏRLƏR
İran İsraillə atəşkəsi təsdiqlədi
İran İsraillə atəşkəsi təsdiqlədi
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…
Fars körfəzində 1 000-ə yaxın gəminin iştirakı ilə tıxac yaranıb
Fars körfəzində 1 000-ə yaxın gəminin iştirakı ilə tıxac yaranıb
Səssiz müharibə: Mediada İsrail-İran qarşıdurmasının görünməyən cəbhəsi
Səssiz müharibə: Mediada İsrail-İran qarşıdurmasının görünməyən cəbhəsi
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
QMİ Məhərrəmliklə bağlı FƏTVA VERDİ
QMİ Məhərrəmliklə  bağlı FƏTVA VERDİ