Azərbaycan İdeyası

Bərbərxana və salonlar nə vaxt açılacaq? - AÇIQLAMA

Tarix:27-04-2020, 15:10
Baxış Sayı:143

"Karantin rejiminin yumşaldılması, hansı obyektlərin fəaliyyətə başlaması araşdırmalar, hesablamalar, təhlükələr nəzərə alınmaqla həyata keçirilir. Əgər ilk etapda bərbərxana və salonlar açılmayıbsa, deməli təhlükə ola biləcəyi ehtimalındandır”.
Korrupsiya-q.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev karantin rejiminin yumşalması ilə bağlı fikirlərini bölüşərkən deyib.
C.İsayev qeyd edib ki, bərbərxana və qadın salonların açılması növbəti etapda müşahidə edilə bilər:
"Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar, olmasaydı, açardılar”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı