Azərbaycan İdeyası

“KOB Dostu” ofisləri yenidən sahibkarların xidmətindədir

Tarix:8-05-2020, 14:04
Baxış Sayı:216

Mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” ofislərində mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətlərin göstərilməsinə başlanılıb.
Sahibkarların “KOB Dostu” ofislərinə müraciəti zamanı “KOB könüllüləri” Nazirlər Kabineti yanında operativ qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.
Qeyd edək ki, “KOB Dostu” mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara başlıca dəstək mexanizmlərindən olmaqla, Agentliyin ölkə regionlarındakı nümayəndələridir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 22 KOB Dostu tərəfindən sahibkarlara informasiya, məsləhət, əlaqələndirmə, təlim-tədris, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara çıxışın yaxşılaşdırılması və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.
Xüsusi karantin rejimində KOB dostları sahibkarlara onlayn xidmətlər göstərir. KOB Dostu şəbəkəsi vasitəsilə ölkənin bütün inzibati rayonları əhatə olunmaqla koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan sahibkarların dövlətin maliyyə-iqtisadi dəstək mexanizmləri barədə məlumatlandırılması və suallarının cavablandırılması üçün 10 minə yaxın sahibkarlıq subyektinin iştirakı ilə onlayn tədbirlər təşkil olunub.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI