Azərbaycan İdeyası

Azərbaycanda koronavirusa yoluxan şəxs: “Maska, əlcəkdən istifadə edirdim, amma...” - VİDEO

Tarix:8-05-2020, 14:18
Baxış Sayı:178

Koronavirus pandemiyasının mövcudluğuna inanmayanlara bu xəstəliyin necə dəhşətli bəla olduğunu göstərmək üçün AzTV-nin çəkiliş qrupu yenidən virusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanaya yollanıb.
Korrupsiya-q.az xəbər verir ki, xəstəxanada koronavirusa yoluxmuş xəstələr ölüm-dirim mübarizəsi aparırlar.
Ölkədə karantin rejimi yumşaldıqdan sonra xəstəxanada boş çarpayılar artıq gözə dəymir. Reanimasiya şöbəsində isə xəstələrin sayı artıb.
Koronavirusa yoluxan 42 yaşlı Rüfət Əsgərovun sözlərinə görə, mütəmadi maskadan, əlcəkdən və dezinfeksiya məhlullarından istifadə etməsinə baxmayaraq, virusdan yayına bilməyib:
“Yüngül boğulmalar hiss etməyə başladım. Elə o andan həkimə müraciət etdim. Analizlərin cavabı müsbət çıxdı. Məni təcili olaraq xəstəxanaya yerləşdirdilər. Heç bir xəstəliyim olmayıb. Düşünürəm ki, immunitetimin zəifləməsi səbəbi ilə koronavirusa yoluxdum”.
TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Hüseynovun sözlərinə görə, ölkədə karantin rejiminin yumşaldılmasından sonra vətəndaşların sağlamlıqlarını təhlükəyə ataraq, küçəyə axın etmələri səbəbi ilə ağır xəstələrin sayı artıb:
“Son bir həftədir ki, xəstələrin sayında artım müşahidə edilir. Ağır xəstələrin sayı da çoxalıb. Vətəndaşlara səslənirəm - sosial məsafəni gözləyin, gigiyena qaydalarına ciddi şəkildə əməl edin!”
“Təəssüf ki, xəstələrimizin sayı ötən günlərə nisbətən artıb. Koronavirusa yoluxan əksər xəstələrin vəziyyəti isə ağırdır. Hər an ağır vəziyyət yarana bilər. Xəstənin ürəyi, nəfəsi dayana bilər. Buna hamımız hazır olmayıq. Hər saniyə xəstələr üçün çox önəmlidir”, - deyə həkim Gülarə Abbasova bildirib.
Digər həkim Kamalə Namazova isə martın 29-dan ailəsini görə bilmədiyini deyib:
“Missiyamızı başa çatdırmayana kimi heç yerə getməyəcəyəm. Martın 29-dan bu günə kimi 12 kiloqramdan çox çəki atmışam. Övladlarım fotolarını çəkib, mənə yollayırlar. Onların həsrətini çəkirəm. Çox kövrəlirəm”.
Koronaviruslu xəstələrin müalicəsində əməyi keçən tibb bacısı da uzun müddətdir övladlarını görə bilmədiyini söyləyib:
“40 gündür övladlarımı görə bilmirəm. Onlarla görüntülü olaraq danışa bilirəm. Bir ana və qadın üçün bu çox çətindir. İnanın, danışa bilmirəm. Mənim üçün çox ağırdır”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı