Azərbaycan İdeyası

"Şənbə və bazar günü həyati vacib sahələrin çalışması nəzərdə tutulur".

Tarix:4-06-2020, 13:59
Baxış Sayı:113


Korupsiya-q.az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə TƏBİB-in İdarə Heytəinin sədri Ramin Bayramlı bildirib:
"O cümlədən qəza xidməti sahələri, təcili tibbi yardım və stasionar tibbi xidmət göstərən tibb müəssiələrimizin işi və elə istehsalat sahələri var ki, onların fasiləsiz işləməsi zəruridir, bununla bağlı qərar sabah məlumat veriləcək. Bu zəruri sahələrdə fəaliyyət göstərən məhdud sayda vətəndaşlarımıza SMS vasitəsilə çıxmağa icazə veriləcək. Ancaq bu əvvəlki kimi SMS-lə çıxmaq deyil. Biz sərt karantin rejimində olduğu kimi, SMS vasitəsilə müəyyən ehtiyaclar üçün küçəyə çıxa bilirdik. Amma bu ehtiyaclar bu gün axşam, sabah və cümə günü tamamilə həll olunmalıdır. Yalnız xüsusi sağlamlıq vəziyyətlərində və tibb müsəsisələrinə müraciət olunması zəruri hallarda icazə veriləcək. Zəruri həyati vacib xidmət sahələrində çalışan vətəndaşlarımıza icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Onlardan istifadə etmək mümkün olmayacaq. Yalnız qeyd etdiyim həyati vacib zəruri sahələrdə çalışan şəxslərə istisnalar ola bilər".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı