Azərbaycan İdeyası

Bilərəkdən başqasını koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar - XƏBƏRDARLIQ

Tarix:4-06-2020, 17:37
Baxış Sayı:99


“Bilərəkdən digər vətəndaşı koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, karantin rejiminin bilərəkdən pozulması inzibati məsuliyyət yaratmır:
“Vətəndaşlar arasında bilərəkdən karantin rejiminin pozulması və bu səbəbdən digər şəxslərin virusa yoluxması birbaşa cinayət məsuliyyətidir. Biometrik faktorlarla bu kimi halların müəyyən edilməsi və cərimələrin tətbiq edilməsinə nə gərək var? İnsanlar birmənalı başa düşməlidirlər ki, polisin vəzifəsi cərimə tətbiq etmək deyil.
Monitorinqlərin nəticələrinə əsasən deyirəm ki, tibbi maskaların istifadəsinin tövsiyə xarakterli olduğu müddətdə kifayət qədər insan küçələrdə, ictimai nəqliyyat vasitələrində bu qoruyucu vasitədən istifadə etmirdi. Avtobusla hərəkət edən 15 nəfərdən maksimum 5-i tibbi maskadan istifadə edirdi. Bu məsələyə birmənalı olaraq ictimai nəzarət olmalıdır. 65 yaşdan yuxarı şəxslər də daxil olmaqla, hər kəs öz sağlamlığı üçün qaydalara riayət etməli, digərlərinə də bunları məsləhət görməlidir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı