Azərbaycan İdeyası

Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü

Tarix:9-06-2020, 13:08
Baxış Sayı:106

İsmayıllı rayonunun Quşencə kəndində doqquz nəfər koronavirusa yoluxub. Onlardan səkkizi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicə alır.
Bu barədə Azvision.az-a Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib:
"İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı.
Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb".
Y.Şirəliyev qeyd edib ki, kənd hazırda həm həkimlər, həm də polislər tərəfindən nəzarət altındadır.
"Kənd əhalisinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunur. Obyektlər tez-tez dezinfeksiya edilir".
Yerli sakinlər isə bildirirlər ki, hər iki qardaş koronavirusdan vəfat edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı