Azərbaycan İdeyası

Başqa səbəbdən ölən xəstələrə koronavirus diaqnozu qoyulur? - TƏBİB-dən açıqlama

Tarix:17-06-2020, 11:31
Baxış Sayı:150

“Hazırda istənilən səbəbdən ölən şəxsdən COVİD-19 analizi götürülür”.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədə ölən şəxsə məcburi COVİD-19 diaqnozunun qoyulduğu deyilən videoya münasibətində deyib.
Onun sözlərinə görə, video araşdırılıb və məlum olub ki, Təcili Tibbi Yardıma çağırış qızdırma ilə olmayıb:
“Çağırış adi narahatlıqla bağlı olub. Belə çağırışlara isə tibb işçiləri xüsusi geyimlə getmir. Təcili Yardım işçiləri ünvana çatan zaman ölüm halını görüb. Onlar da qaydalara uyğun olaraq analiz götürməyə çalışıb və videoda da bunu izah etmək istəyirlər. Sadəcə rəhmətə getmiş insanın yaxınları elə bilir ki, xəstəyə COVİD-19 diaqnozu yazmaq istəyirlər. Onkoloji xəstə olduğunu heç kim təkzib etmir. Ancaq həmin testin götürülməsi vacibdir və götürülüb. Cavab da neqativ çıxıb və bu, sənədlərdə də qeyd olunub”.
Qeyd edək ki, sosial şəbəkədə yayılmış videoda başqa səbəbdən ölən şəxsə həkimlər tərəfindən koronavirus diaqnozunun qoyulmaq istədiyi iddia olunurdu. Buna görə də mərhumun yaxınları və tibb işçiləri arasında mübahisə yaranmışdı.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı