Azərbaycan İdeyası

Azərbaycan-İran sərhədində atışma: Ölən var

Tarix:18-06-2020, 15:18
Baxış Sayı:157


Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən verilən mlumata görə, 17 iyun tarixində saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub.
Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­zi qapadılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açıl­ıb. Lakin sərhəd pozucuları əmrə tabe ol­mayıb, sər­həd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri güllə ya­rası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qaranlıq olma­sından istifadə edə­rək geri qaçıb və İİR sərhəd­çi­ləri tərəfindən öz ərazi­lərində saxlanılıblar.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı