Azərbaycan İdeyası

Azərbaycanda açıq havada da maska taxmaq məcburi olacaq? - AÇIQLAMA

Tarix:18-06-2020, 15:44
Baxış Sayı:155


COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində Türkiyənin bir sıra şəhərlərində tibbi maskalardan açıq havada da istifadənin məcburi olmasına qərar verilib. Məlum olduğu kimi, Azərbaycanda qapalı məkanlarda tibbi maskalardan istifadə məcburidir. Son günlər koronavirusa yoluxanların sayının artmasını nəzərə alaraq, ölkəmizdə də açıq havada tibbi maskadan istifadənin məcburi olmasına ehtiyac varmı?
Məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında baş infeksionist, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev deyib ki, bu barədə qərarın verilməsi üçün mövcud vəziyyətlə bağlı məlumatlar təhlil olunmalıdır: "Bu haqda heç nə deyə bilmərəm. Hazırkı vəziyyətlə bağlı məlumatlar üzərində işlənilməlidir. Bu iş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılmalıdır".
Qeyd edək ki, ötən gün Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlanıb, 127 nəfər sağalıb, 7 nəfər isə ölüb.
Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 991 nəfərə, sağalanların sayı 6 075 nəfərə, ölənlərin sayı isə 133 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı