Azərbaycan İdeyası

Məşhur professor virusla bağlı KRİTİK MƏQAMLARI açıqladı: Bu dərmanları qəbul edənlər təhlükədədir

Tarix:22-06-2020, 14:54
Baxış Sayı:174


Kortikosteroid hormonlu dərmanlar qəbul edənlər koronavirus üçün ciddi risk faktorudur.

Korrupsiya-q.az xəbər verir ki, bunu Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq İnfeksion Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib. Professor koronavirusa yoluxma riski daşıyan kateqoriyalara bu xəstəlikləri aid edib: “Nəzarətsiz hipertəzyiq, ağciyər, şəkər, qaraciyər, böyrək kimi xroniki xəstəliklər bu siyahının başında gəlir. Bu xəstəlikləri daşıyanlarda immun sistemi az işləyir. Bundan başqa, xərçəng xəstələri, bu xəstəlikdən müalicə alanlar immun sisteminə təsir göstərən dərmanlar qəbul etdikləri üçün risk faktoruna daxil edilib. İmmun sisteminə təsir göstərən preparatlardan istifadə etməyənlər risk qrupunda deyil. Astma qripdəki qədər koronavirusda risk təşkil etmir. Yaş faktorunu burada ciddi nəzərə almaq lazımdır”.
Ümumdünya Səhiyyə Təşkilatının payızda ikinci dalğanın başlaya biləcəyinə dair açıqlamasını şərh edən professor bildirib ki, birinci dalğa hələ bitməyib: “Hazırda yaşananlar ikinci dalğa deyil, birinci dalğanın dalğalanmalarıdır. Belə epidemiyalarda düz xətlər olmaz. İkinci dalğa virusun mutasiya keçirməsi ilə başlayacaq”.
M.Ceyhan payızda yoluxmaların azalacağını proqnozlaşdırır: “Bütün böyük əhalisi olan ölkələrdə heç müdaxilə edilməzsə, yoluxma aylar ərzində azalar”. (publika.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı