Azərbaycan İdeyası

MİLLƏT VƏKİLİ: Brifinqdə çıxış edənləri kim tanıyır? - İnsanlar virusa inanmır...

Tarix:24-06-2020, 15:54
Baxış Sayı:258


"Koronavirusla bağlı məlumatlandırma və marifləndirmə işləri yenilənməlidir. Keçirilən brifinqlərə insanların inandığı həkimlər, populiyar şəxslər cəlb olunmalıdır ki, onlar insanlara koronavirusun ciddiliyini bildirsin".

Bu sözləri Redaktor.az-a millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, bir çox insanlar brifinqdə çıxış edənləri tanımır:

“TƏBİB-in və Operativ Qərargahın əməyini yüksək qiymətləndirirəm. Amma onların açıqlaması cəmiyyətdə düzgün qarşılanmır. İnsanlar tövsiyyələrə əməl etmək istəmir. Çünki orada çıxış edənlər cəmiyyətdə tanımır. Düşünürəm ki, tanınmış insanlar çıxış edərsə, insanlar virusun varlığına daha çox inanacaq. Bunu nə qədər tez tətbiq etsək, faydasını da daha tez görərik.

Həmçinin, inzibati yolla insanları qaydalara əməl etməyə məcbur etmək düzgün deyil və nəticə verməyəcək.

Məsələn, deyilir maska taxın, tələblərə əməldin. Amma insanlar maskanı çənəsinə taxır, polisdən yayınmaq üçün müxtəlif yollara əlatır və s.

Bu baxımdan vacib olan məsələ vətəndaşları koronavirusun nə qədər təhlükəli olmasına inandırmaqdır. Çünki yoluxmanın artmasının əsas səbəbi bu virusa inamsızlıqdır".

Millət vəkili xüsusi karantin rejiminin hazırkı önəmindən də bəhs edib:

“Demək olar ki, bütün dünyada xüsusi karantin rejmi tətbiq olunur. Karantin rejiminin tətbiqi hazırda virusun qarşısının alınmasında ən effektiv üsuldur”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı