Azərbaycan İdeyası

İnzibati Xətalar Məcəlləsində yeni maddə - Cərimələr təsdiqləndi

Tarix:29-06-2020, 11:54
Baxış Sayı:165



Milli Məclisin iclasında telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə cərimələr müzakirəyə çıxarılıb.
Korrupsiya-q.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddənin əlavə olunması təklif edilir.
Nəzərdə tutulan maddənin pozulmasına görə vəzifəli şəxslərin 300 manatdan 500 manatadək, hüquqi şəxslərin 100 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Eyni hal inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar olunarsa, bu zaman cərimə məbləğləri artırılır.
Bu zaman vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1500 manatdan 2500 manatadək cərimə tətbiq olunacağı təklif edilir.
“Telekommunikasiya haqqında” qanuna əsasən, telekommunikasiya operatorları və provayderlər müvafiq icra hakimiyyəti orqanının, məhkəmələrin və hüquq-mühafizə orqanlarının sorğularına üç iş günündən az olmayaraq cavab verməlidir.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı