Azərbaycan İdeyası

Karantin rejimini pozan şəxslərdə narkotik vasitə aşkar edildi - FOTO

Tarix:14-07-2020, 11:39
Baxış Sayı:91


Karantin rejimini pozan şəxslərin üzərində heroin tapılıb.
Daxili İşlər Nazirlirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Sumqayıt şəhər sakinləri Ədalət Aşurov və Ramin Mirzəliyev sonuncuya məxsus “Renault” markalı nəqliyyat vasitəsilə Qusar-Xaçmaz istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq, Xaçmaz rayonunun Xudat şəhəri ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Məlum olub ki, həmin şəxslər heç bir icazələri olmadan Xudat şəhərinə istirahət etmək məqsədilə gəlmək istəyiblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özünü şübhəli apardığı üçün onların üzərlərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Nəticədə, hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ədalət Aşurov və Ramin Mirzəliyev narkotik maddə istifadəçisi olduqlarını və həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib