Azərbaycan İdeyası

Rabitə Nazirliyindən mobil operatorlarına MÜRACİƏT

Tarix:21-07-2020, 18:46
Baxış Sayı:117


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Səhiyyə Nazirliyinin müraciəti əsasında koronavirus infeksiyası (COVID-19) ilə mübarizə aparan səhiyyə işçilərinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət edib.
Bu barədə Metbuat.az Nazirliyə istinadən xəbər verir.
Respublikanın fəaliyyət göstərən mobil operatorları “Azercell Telekom” MMC, “Azerfon” MMC (Nar) və “Bakcell” MMC nazirliyin dəstək çağırışına qoşulub.
Belə ki, adıçəkilən şirkətlər artıq bu istiqamətdə yeni sosial məsuliyyət tədbirinə start verib. Müvafiq mobil operatorlar “COVID-19”la mübarizədə xalqımızın sağlamlığının keşiyində dayanan 1 200-ə yaxın tibb işçisinin mobil nömrəsinə 3 ay ərzində hər ay hədiyyə balans yükləyəcək.
Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Adıçəkilən mobil operatorlar dünyada və ölkəmizdə hökm sürən pandemiya şəraitində bundan öncə də həkimlərimizə öz dəstəyini göstərib.
Həkimlərin siyahısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Səhiyyə Nazirliyi tərəfindən təqdim edilib.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bundan sonra da bu tip sosial aksiyaların keçirilməsində istənilən çağırışa və müraciətə dəstək göstərəcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı