Azərbaycan İdeyası

Rayonlara gediş-gəliş bu halda da MÜMKÜN OLMAYACAQ - XƏBƏRDARLIQ

Tarix:4-08-2020, 12:12
Baxış Sayı:96


COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə modern.az-a danışan DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
O qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları bir rayondan digərinə icazə ilə gedə biləcək:
“Bu ezamiyyə və digər sənədlərlə mümkündür. Amma hansısa qurumun əməkdaşı xidməti vəsiqə ilə olduğu şəhər və rayonu tərk edə bilməyəcək. Daha təfsilatlı məlumat araşdırmalardan sonra açıqlanacaq”.
Ezamiyə sənədi olanların şəxsi avtomobildən istifadəsinə gəlincə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, hazırda bu məsələ müzakirə olunur:
“Bir neçə varinat üzərində iş aparılır. Kimlərin hansı formada gediş-gəlişinə icazə veriləcəyilə bağlı günün sonunadək ictimaiyyətə açıqlama veriləcək. Hələ ki, sərtləşdirilmiş karantin rejimi sabah səhər saat 6-ya qədər qüvvədədir”.
Qeyd edək ki, karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına giriş və çıxış məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı