Azərbaycan İdeyası

Narkotik becərən şəxs “iş başında” tutuldu - FOTO

Tarix:12-08-2020, 14:47
Baxış Sayı:146


Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sitalçay kənd sakini Dadaş Rüstəmov həyətyanı sahəsində yetişdirdiyi çətənə bitkilərini dərən zaman “iş başında” yaxalanıb. Hal şahidlərinin iştirakı ilə D.Rüstəmov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çəkisi 8 kiloqram 150 qram olan beş ədəd çətənə bitkisi maddi sübut kimi götürülərək ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı D.Rüstəmov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
 Narkotik becərən şəxs “iş başında” tutuldu - FOTO
 Narkotik becərən şəxs “iş başında” tutuldu - FOTO

OXŞAR XƏBƏRLƏR
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Qaxda kafedə qan töküldü
Qaxda kafedə qan töküldü