Azərbaycan İdeyası

Azərbaycan Ağsaqqallar Şurasının qurultayı keçirilir – Yeni sədr seçiləcək

Tarix:29-09-2020, 12:32
Baxış Sayı:101


Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VIII qurultayı keçirilir. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.
Korrupsiya-q.az xəbər verir ki, qurultaya sədrlik edən Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov əvvəlcə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızın qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin əsgərlərimizin yanında olduğunu bildirib.
Şuranın ötən qurultaydan sonra dünyasını dəyişmiş sədri Fəttah Heydərovun, eləcə də digər üzvlərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra gündəlik təsdiqlənib. Gündəliyə əsasən Azərbaycan Ağsaqqallar Şurasının yeni nizamnaməsi qəbul ediləcək, Şuranın sədri və idarə heyətinin, nəzarət təftiş komissiyasının üzvləri seçiləcək və cari məsələlər müzakirə olunacaq.

Qurultay işini davam etdirir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı