Azərbaycan İdeyası

Azərbaycanlıların Xankəndin yolunda görünməsi erməniləri qorxutdu - VİDEO

Tarix:24-11-2020, 15:34
Baxış Sayı:118



Şuşadan Qorisə (Laçın dəhlizi) gedən yolda Azərbaycan hərbi formasında bir qrup silahsız insanın görünməsi Ermənistanda panikaya səbəb olub.
Korrupsiya-q.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" yazıb. Agentliyin iddiasına görə, onlar Şuşaya gedən yolların kəsişməsində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqələrinin yaxınlığında deyilmişlər. İndiki halda Azərbaycan forması geymiş şəxslər Stepanakert (Xankəndi) tərəfdən Şuşaya ikinci girişdən bir neçə kilometr aralıda, nəzarət məntəqələrinin ərazisindən kənarda olublar.
Agentliyin müxbiri David Qalstyan Azərbaycan Ordusunun formasını geymiş iki nəfərin birbaşa yolda dayandıqlarını, guya yoldan keçən avtomobilləri saxlamağa çalışdıqlarını bildirib. 4-5 nəfərlik başqa bir qrup isə yoldan bir az aralı, hansısa binanın yanında dayanıbmış. Onlarda silah görən olmayıb. Yanlarında iki at var imiş. Təhlükəsizliyə görə yoldan keçən sürücülər maşınlarını saxlamayıblar.
Müxbirlər gördükləri barədə Lisagor qəsəbəsi yaxınlığındakı erməni polisinə, habelə Rusiya sülhməramlılarına və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarına məlumat veriblər.
Ermənistan MTX-dan jurnalistlərə bildiriblər ki, "marşrutun həmin hissələrində belə insident qeydə alınmayıb".
Bununla yanaşı, erməni polisləri jurnalistlərə bildiriblər ki, həmin şübhəli adamlar qrupu barədə onlara əvvəllər o ərazidən keçmiş digər şəxslər də məlumat veriblər

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı