Azərbaycan İdeyası

İşğaldan azad olunmuş məscidlərə imamlar TƏYİN OLUNDU

Tarix:24-11-2020, 16:05
Baxış Sayı:87



İşğaldan azad olunmuş ərazilərdə yerləşən məscidlərə imamlar təyin olunub.
Bu barədə Metbuat.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli məlumat varib. O qeyd edib ki, azad edilmiş ərazilərdəki bütün məscidlərin imamları artıq məlumdur:
“İlk növbədə qeyd edim ki, prezidentin Ağdam məscidini ziyarət etməsi, ora müqəddəs Quran bağışlaması özü bir əlamətdar hadisədir. Prezident İlham Əliyevin özü də bəyan edib ki, Qurani-Kərimi Məkkədən gətirib, Ağdam məscidinə hədiyyə edib.
Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın həmin məscidi o şəkildə ziyarət etmələri, məscidə Quran bağışlamaları, dua etmələri, məscidə xüsusi hörmət və ehtiramla davranmaları dövlət-din münasibətlərinin, dövlətin dinə olan qayğısının növbəti təzahürü idi. Bu olduqca əlamətdar bir hadisədir.
Bütün dünyanın diqqəti Azərbaycandadır. Çünki Azərbaycan bir müddətdir müharibə apardı və torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyevin bu şəkildə davranması Azərbaycan dövlətinin dini dəyərlərinə hörmətin əlamətidir. Ona görə də inanclı insanlar tərəfindən bu, rəğbətlə qarşılandı. Prezident özü bəyan edib ki, bütün işğaldan azad olunmuş ərazilərimizdə məscidləri bərpa edəcəyik. Çünki o məscidlər uzun müddətdir ki, erməni əsarətində təhqir olunur, tövlələrə çevrilirdi, dağıdılırdı. Azərbaycan dövləti öz məscidlərinə sahib çıxır. Biz təkcə torpaqlarımızı işğaldan azad etmirik, eyni zamanda, əsarətdə olan mənəviyyatımızı, mənəvi dəyərlərimizi, tarixi abidələrimizi azad edirik. Olduqca möhtəşəm tarixi hadisədir və bu anlar, bu günlər tarix dərslərində yer alacaq”.
QMİ rəsmisi Ağdam və Şuşa məscidlərinin, o cümlədən azad edilmiş ərazilərimizdəki bütün məscidlərin təmir ediləcəyini diqqətə çatdırıb:
“Şuşa, Ağdam məscidi və bütün digər məscidlərimiz təmir ediləcək. Bunu dövlət başçısı özü də bəyan edib. Bu, dövlətimizin qarşısında duran ən önəmli məsələlərdən biridir. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi bu kontekstdə iştirak edib. Məscidlərin siyahısı Qafqaz Müsəlmanları İdarəsində var. Onlar haqda, orada törədilən cinayətlər bərəsində dünya ictimaiyyətinə də məlumat verilib.
Qafqaz Müsəlmanlar İdarəsi bütün işğaldan azad olunmuş torpaqlarımızdakı məscidlərə imamlar da təyin edib. Məscidlər fəaliyyətə başladığı zaman imamlar da həmin andan işlərini davam etdirəcəklər. Həmin imamlar təcrübəli din xadimləri və həmin bölgədə yaşamış şəxslərdir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı