Azərbaycan İdeyası

8 noyabrda kapitan oldu, 9 noyabrda şəhid - VİDEO

Tarix:9-12-2020, 15:38
Baxış Sayı:113

Türkiyədə ali təhsili alan zabit Samir Mikayıllı İkinci Qarabağ Müharibəsində igidlik göstərib və şəhid olub.
ARB Xəbər-də şəhidlə bağlı geniş süjet yayımlanıb.
Kapitan Samir Mikayıllı Ağcabədinin Salmanbəyli kəndində anadan olub. Samir səkkizinci sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.
Liseyi başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Komandirlər məktəbinə daxil olub. Elə həmin il də Müdafiə Nazirliyinin seçim prosesindən keçərək, Türkiyədə quru qoşunlarının ali hərbi məktəbində təhsilini davam etdirib.
Şəhidin atası bildirib ki, oğlu Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şuşa şəhərinin alınmasında göstərdiyi igidliyə görə ona 8 noyabrda kapitan rütbəsi vaxtından əvvəl verilib. 9 noyabrda minomyot qəlpə yarasından, qanaxmadan şəhid olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı