Azərbaycan İdeyası

Kamil Zeynallıya 30 sutka həbs cəzası verildi-YENİLƏNİB

Tarix:15-12-2020, 14:17
Baxış Sayı:91


Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.

Sonxeber.az-ın xəbərinə görə, qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib: "O, stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib. Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib. Kamil Zeynalı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib".

Qeyd edək ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.

16:11
Fitnes məşqçisi Kamil Zeynallı Göygöl rayonu ərazisində saxlanılıb.

Sonxeber.az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan K.Zeynallı hazırda məhkəmə qarşısına çıxarılır.

Onun hansı səbəbdən saxlanılması barədə hələlik məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı