Azərbaycan İdeyası

Koronavirusla bağlı ŞAD XƏBƏR - Təhlükə bu vaxta kimi yoxa çıxacaq

Tarix:7-01-2021, 11:57
Baxış Sayı:47

Qonşu ölkələr olan Türkiyə, Gürcüstan və İranda artıq koronavirusun yeni mutasiyaya uğramış SARS-CoV-2 növünə yoluxma faktı qeydə alınsa da bizim respublikada bu aşkar edilməyib.
Bunu Milli.Az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib. İnfeksionist-hepatoloq koronavirusun yaya kimi öldürücülük təsirinin itəcəyini bildirib:
"Ölkəmizə xaricdən gələn hər bir kəsin üzərində nəzarət, profilaktik nəzarət və kontrol müayinədən keçmə gücləndirilib ki, koronavirusun bu növü respublikaya daxil olmasın. Bu gün də şükür Allaha, belə bir fakt yoxdur. Bu, koronavirusun mutasiyaya uğramış bir formasıdır. Onun qarşısını almaq üçün dövlət lazımi profilktik və əks-epidemik tədbirləri görür. Xaricdən ölkəyə daxil olan bütün şəxslərin hamısı ciddi yoxlamadan keçirildikdən sonra ölkəyə daxil ola bilirlər. Koronavirusun ölkəmizdəki vəziyyətinin mövcud durumdakından da kəskin olacağını düşünmürəm. Niyə olsun ki?! Çünki biz artıq COVİD-in kəskin dövrünü yaşadıq, biz artıq vaksinasiya dövrünü yaşayırıq. Bu günlərdə cənab Prezident də qeyd etmişdi ki, yeni ildən sonra artıq respublikamıza peyvəndlər gətiriləcək və peyvəndləmə işləri başlayacaq. Ümidvaram ki, yaxın bir ay müddətində peyvəndləmə işlərinə başlanacaq və vaksinasiya işlərindən sonra da xəstələrin sayı, güman ki, azalacaq.
Yaya doğru getdikcə bu virusa yoluxma sayı nisbətən azalacaq. Artıq insanlarımızın çoxu da bu virusa yoluxub, onlarda buna qarşı immunitet yaranıb. Yəni, həm xəstəliyi keçirənlər var, həm insanlar vaksinasiya olunacaq. Bu da respublikamızın əhalisinin çoxluğunu təşkil edəcək. Bu xəstəliyə yenə az-az da olsa ölkəmizdə gələcəkdə rast gəlinə bilər. Amma bu, ölüm faizi yüksək olan bir proses olmayacaq. Qrip kimi müəyyən bir dövrdə bizlə "yoldaşlıq" edəcək, sonra keçib gedəcək".

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur