Azərbaycan İdeyası

Metronun fəaliyyəti hansı qaydalarla bərpa edilə bilər? - Belə görünür ki ...

Tarix:29-01-2021, 12:08
Baxış Sayı:53


Vaksinasiya yüzillərdir ki, infeksion xəstəliklərin nəzarətə alınmasında ən effektiv metod hesab edilir. Effektiv olması üçün kütləvilik mühümdür.
Bunu açıqlamasında nevroloq Pərviz Axundov deyib.
O bildirib ki, belə görünür, qripdə olduğu kimi, COVİD üçün də periodik olaraq, yenilənmiş vaksinasiyalara ehtiyac olacaq:
"Vaksinin effektivliyinə virusun mutasiyaları ciddi təsir edir. Məsələn, hazırda daha çox danışılan Britaniya variantına BioNTech/Pfizer vaksininin təsiri saxlanılsa da, effektivliyinin xeyli aşağı düşməsi bildirilir. Yeni-yeni mutasiyalar, vaksinlərin də effektiv olması üçün yenilənməsini tələb edir və belə görünür, COVİD-19 törədicisi hazırkı letallıq faizini saxlayana kimi, qripdə olduğu kimi, periodik olaraq, yenilənmiş vaksinasiyalara ehtiyac olacaq.
Metronun qapalı qalması, hansısa dünya təcrübəsinə əsaslanmır və belə görünür ki, əsassızdır. Təbii ki, Bakı metrosunda əvvəlki illərdə olan sıxlıq virusun əhali arasında sürətlə yayılmasına gətirib çıxara bilər, amma qatarlar arası intervalları azaltmaqla və avtobusların hazırkı sayı ilə, düşünürəm sıxlıq olmaz.
Toylarla bağlı, ümumiyyətlə, fikrim belədir ki, pandemiyadan əvvəlki olan toy ənənələrindən çox insan uzaqlaşmaq istəyir. İndi real zəmin yaranıb ki, yeni formada, daha az insanın iştirakı ilə toy praktikası yaransın. Bu həm sağlamlıq, həm də maddi baxımdan insanlar üçün səmərəli olar".(milli.az)

Metronun fəaliyyəti hansı qaydalarla bərpa edilə bilər? - Belə görünür ki ...

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama