Azərbaycan İdeyası

Bu il istehlakçılara nə qədər benzin və dizel satılıb?

Tarix:18-03-2021, 10:53
Baxış Sayı:117



Azərbaycanda 2021-ci ilin yanvar-fevral ayları ərzində 504,6 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azdır.

Ölkədə yanvar ayı ərzində 148,9 min ton avtomobil benzini, 356,3 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 35,3 faiz, dizel yanacağının istehsalı isə 4,2 faiz azalıb.



Eləcə də, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb, sürtkü yağlarının istehsalı 1,9 faiz, neft bitumunun istehsalı 22,8 faiz, ağ neftin istehsalı 34,8 faiz, yanacaq mazutunun istehsalı 79,4 faiz azalıb.

Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 322,6 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalıb.Bu il istehlakçılara nə qədər benzin və dizel satılıb?

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı