Azərbaycan İdeyası

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTO

Tarix:29-12-2022, 10:14
Baxış Sayı:205

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub.

Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, lazımi mebel və avadanlıqla təmin edilib, işıq, su və kommunikasiya xətləri çəkilib. Ətrafda abadlıq işləri aparılıb.

Burada silah otağı, yataqxana, yeməkxana, hamam-sanitar qovşağı, isitmə sobaları, eləcə də avtomobil texnikasının saxlanması üçün park mövcuddur.

Sonra şəxsi heyətlə görüşən general-leytenant N.Osmanov onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb və bayram hədiyyələri təqdim edib.

Daha sonra müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən birləşmiş anbarlarda olublar.

Məruzə edilib ki, yeni inşa edilən birləşmiş anbarlar vasitəsilə Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrinin təminat və təchizatı fasiləsiz həyata keçiriləcək.

Burada mövcud olan qərargah binası, yataqxana, inzibati və xidməti otaqlar bütün zəruri avadanlıqlarla tam təchiz edilib. Fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar quraşdırılıb. Ərazidə abadlıq işləri aparılıb, ağaclar əkilib.

Birləşmiş anbarlarda mərkəzləşdirilmiş istilik sisteminin təmin edilməsi məqsədilə qazanxana kompleksi, hərbi hissələrə təminat daşınmasında istifadə edilən yük avtomobillərinin, eləcə də yanğınsöndürmə avtomobillərinin saxlanması üçün park mövcuddur.

Həmçinin ərazidə qonaq evi də inşa edilib ki, buradakı istirahət otaqları da müasir tələblərə cavab verən bütün növ mebel və avadanlıqla təmin olunub.

Sonda hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müdafiə nazirinin müvafiq tapşırıqları aidiyyəti şəxslərə çatdırılıb.

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOKəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTO

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama