Azərbaycan İdeyası

Goranboy: Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb

Tarix:14-11-2023, 10:30
Baxış Sayı:128

Goranboy: Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz artaraq 8 107,9 milyon manat olub. Dövlət Statistika Komitəsinin hesabatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6 141,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 799,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 238,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Eyni müsbət tendensiya Goranboy rayonunun iqtisadiyyatında da müşahidə olunub. Goranboy Rayon Statistika İdarəsindən verilən məlumata görə, rayon üzrə 2023-cü ilin yanvar-sentyabr aylarında ümumilikdə əhaliyə 35682,3 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz çox olmuşdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ümumi yekunun 27,0 faizini təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,7 faiz azalaraq 9623,0 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin həcmi isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 26059,3 min manat olmuşdur.

Əhaliyə göstərilən ödənişli xidmətin 25,7 faizi və ya 9182,0 min manatı dövlət, 74,3 faizi və ya 26500,3 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı