Azərbaycan İdeyası

Azərbaycanda bu məhsullar ucuzlaşdı - SİYAHI

Tarix:12-03-2019, 12:23
Baxış Sayı:219



Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.
Cari ilin fevralında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.
Ay ərzində düyü, un, manna yarması, makaron məmulatları, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları və pendir, bitki yağları, limon, naringi, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, qarabaşaq yarması, yumurta, kərə yağı, yerkökü və çuğundurun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, velosipedlər, mobil telefonlar, televizorlar, zərgərlik məmulatları, dəftərxana ləvazimatları, kəsilmiş taxta, sement, kərpic, nitro, sulu və yağlı boyaların qiymətlərində artım, geyim, soyuducular, paltaryuyan maşınlar, tozsoranlar, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin fevralında yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri artıb, respublikadan kənara istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı