Azərbaycan İdeyası

Sumqayıt polisində soyğunçuluq: Qonşularını üzünə durğuzub 25 min pulunu aldılar

Tarix:28-11-2023, 11:02
Baxış Sayı:221

Sumqayıt polisində soyğunçuluq: Qonşularını üzünə durğuzub 25 min pulunu aldılar
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv – 1, ev – 15 ünvanda qeydiyyatda olan 1987-ci il təvəllüdlü Abdurrəhmanov Pərviz Arif oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, polis əməkdaşları tərəfindən şərlənəırək pullarının mənimsənildiyini bildirmişdir.
İstintaq işində əcaib presendentlər-"Hirsli olduğu üçün şər atıb";"söyüb,amma ucadan söyməyib";"vurub,amma xəsarət yetirməyib..."
Vətəndaş Abdurrəhmanov yazır: “01.10.2023-cü il tarixdə yaşadığım Sumqayıt şəhəri, “Park Bulvar City” kompleksinin həyətində qonşuluqda baş verən sözlü mübahisə səbəbindən Sumqayıt şəhər 4 nömrəli polis bölməsinə çağırılaraq 50 azn cərimə olunmağıma baxmayaraq, təkrar eyni işlə bağlı yaşadığım binanın komunal ödənişləri ilə bağlı qəbz tələb etdiyim Fuad adlı komendantla aramızda düşən mübahisə səbəbindən 10 oktyabr 2023-cü il tarixdə bir daha Sumqayıt Şəhər Baş Polis İdarəsinə izahat almaq məqsədi ilə dəvət olundum. Dəvət əsasında Sumqayıt Baş Polis İdarəsinə getdim və dəvətli olduğumu bilidirdim, mənə “bir az gözləyin, rəisin yanında adam var, çağıracaq” dedilər. Gözlədiyim zaman təxmınən 7-8 nəfərdən ibarət olan polis əməkdaşları yaxınlaşıb qollarımdan tutub yumruqla, təpiklə vuraraq polis idarəsində başqa bir kabınetə gətirərək orda elektroşokdan istifadə edərək bütün bədənimə xəsarət yetirdilər. Hədsiz dərəcədə təhqiramız sözlər işlədərək yerə yıxıb təpıkləyərək ağır və qalıcı zədələr endirdilər. Polislərin hər birinin adlarını bilmək mümkün olmasa da, iştirak edənlərdən təxminən adlarını yadda saxladığım bunlardır: Eldənız, Elnur, Cavidan və s. Həmin günü mən polis bölməsinə getmədən öncə “102” qaynar xəttinə zəng edib qonşum Sumqayıt Səhər Polis İdarəsində işləyən Əsgər adlı müstəntıq mənə “gələrsən bu gün saat 10:00-da, görərsən” deyə hədə - qorxu gəldi. “102” qaynar xəttinə edilmiş şikayətə baxmayaraq, qonşum polis müstəntiqi Əsgər polis idarəsində mənim döyülüb təhqir olunmağıma şərait yaratmışdır”.
Pərviz Abdurrəhmanov yazır ki, polis idarəsində cinayət işinin başlanmaması və mənim məsuliyyətdən azad edilməyim müqabilində ondan 25000 (iyirmi beş min) manat əvəzinə 15000 (on beş min) avro xarici valyuta verməyə təhrik ediləndən sonra,Sumqayıt RPİ-nin istintaq şöbəsinin baş müstətiqi, polis kapitanı Bəhram Təhməzli izahatı alınaraq buraxılıb: “Yaşadığım ünvanda (Sumqayıt şəhəri, “Park Bulvar” – 79, mənzil 34) kommunal ödənişin qarşılığında qəbz tələb etməyimə görə əməkdaşla aramızda sözlü mübahisə olub. Bir neçə gün sonra qonşuluqda baş verən mübahisələrə görə qonşu olan polıs əməkdaşı Əsgər adlı müstəntiq digər qonşulardan məndən şikayət etmələri barədə izahat alıb və mənim başıma oyun açacağını deyərək, bəzi qonşuları və həyətdə mühafizəçi işləyən Səfərli Qurban Ramil oğluna yalan ifadə verdirib ərizə yazdırıb. Qurban etiraf etdiyi video görüntülərdə təsdiqləyir ki, 29 sentyabr 2023-cü il tarixdə saat 20:21 radələrində qonşuluqda yaşayan Gülgünlə aramızda sözlü mübahisədən başqa heç nə baş verməsə də, Qurbana və digər qonşulara guya mənim Gülgünü əllə üzünə vurduğum barədə yalan ifadələri yer alan ərizələri alınıb. Səfərli Qurban Ramil oğlunun polis idarəsində verdiyi ifadələrin yalan olduğunu təsdiqlədiyi video görüntüləri təqdim edirəm”.
P.Abdurrəhmanov qeyd edir ki, Əsgər adlı polis işçisi onun “102” qaynar xəttinə zəng etdiyini bildiyi gün - 10.10.2023-cü il tarixdə onun barəsində işlədiyi polis idarəsində polis rəisinə və Cavidan adlı rəis müavininə yalan məlumat verərək, guya onun yolunu maşınla kəsib yol vermədiyini deyərək, qızışdırıcı ifadələr verib:
“Mənim maşınla kiminsə yolunu kəsib-kəsmədiyim kameralar vasitəsiilə qeydə alınıb, maşınımı qonşuluqda yaşayan Əsgər adlı polisin 77 BF 686 nömrə nişanlı gümüşü “KİA Sorento” markalı avtomobilinin arxasında normal park etmişəm. Bu görüntülər “Sumqayıt City Park Bulvar”ın həyətində 10.10.2023-cü ildə səhər saat 8-9 radələrındə müşahidə kameralarında video-qeydə alınıb. Bu cür böhtan xarakterli məlumatların nəticəsində mənim qanunsuz olaraq polıs idarəsində döyülüb, söyülüb, elektroşoka verilməyim Azərbaycan Respublikasının qanunlarına görə cınayət xarakterı daşıyır”.
Pərviz həmçinin qeyd edir ki, polis idarəsinə getdiyi günün səhəri - 11.10.2023-cü il tarixdə buraxılarkən polisin bəzi şərtləriylə razılaşmaq məcburiyyətində qalıb, öz imzası ilə məcburi təsdiq etdirilib ki, guya heç bir xəsarəti yoxdur, heç bir problem olmayıb, hər şey normaldır. İmza atdıqdan sonra polis idarəsindən buraxılıb: “Bədənimdə olan ağrılar və elektroşok nəticəsində sol əlimin işlək vəziyyətdə olmadıgı ücün həkimə müraciət edərkən, aldığım xəsarətlərin səbəbi kimi Sumqayıt Şəhər Baş Polıs İdarəsı əməkdaşları tərəfindən deyil, tanımadığım şəxslər tərəfindən döyüldüyümü deməyə isə məni polis əməkdaşlarının “biz istəsək, sən heç vaxt azadlığa cıxmazsan” sözlərı ilə hədə - qorxu gəlmələri vadar etdi. – “sən şıkayət etsən, biz də səndən şikayət edərik. Sonunda sənə yox, biz polislərə inanacaqlar”. Hətta bölmədə cənab prezident İlham Əliyevin şəklini göstərib “biz nə etsək, arxamızda durub, kimə nə şikayət edirsən et, sonunda prokuror bu işə baxacaq, o da bizimlə birlikdə hər gün çay içir” – dedilər.
Pulunu geri almaq və onu döyən polis işçilərinin cəzalandırılmasına nail olmaqda israrlı görünən şikayətçi məruz qaldığı hüquqpozma və soyğunçuluq faktının KİV-də ictimailəşdirilməsini və aidiyyəti qurumlara çatdırılmasını redaksiyamızdan xahiş etmişdir.

İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Təhməzli Bəhram Namiq oğlunun icraatında olan HK-1/1365 saylı iş üzrə 03 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının preambulasında Pərviz Abdurəhmanov elə təqdim olunur ki, sanki o, yaşadığı məhəllədə xuliqanlıq etməyi özündə bir növ vərdişə çevirmiş, necə deyərlər, “yetdiyinə yetirmiş, yetmədiyinə daş atırmış”. Məsələn, iş materialında olan Quliyev Fuad Cahangir oğlunun ifadəsindən belə nəticə çıxarmaq olar ki, mühafizəçi Rza Həşimov köməyə çatmasaymış, Pərviz onu az qala öldürəcəkmiş. Bundan başqa, ərzizəsi alınmış Nəsirova Gülgün Tapdıq qızı bildiribmiş ki, Pərviz ona əxlaqsız təklif edib, o, razı olmayıb. Pərviz çirkin niyyətinə nail olmadıqda, ona sataşmaqda davam edib, nalayiq söyüş söyüb (guya əli ilə ona öz cinsi orqanını göstərib), əl atıb koftasını cırıb, axırda da sifətinə sillə vurub. Yenə də Səfərli Qurban adlı mühafizəçi özünü yetirməsəymiş, qadının da aqibəti pis olacaqmış.

Maraqlıdır ki, indi hətta öz əri tərəfindən bunca şiddətə məruz qalan qadın onu bağışlamır. Necə olub ki, Nəsirova Gülgün Tapdıq qızı yenidən ərizə verərək ona əxlaqsız təklif edən, söyən, vuran yad kişi ilə barışıb, Pərvizdən heç bir şikayət və tələbi olmadığını bildirib? Məhkəmə tibbi-ekspertizanın da rəyində Gülgün Nəsirovanın “aldığı” xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş, dərəcəsi təyin edilməmişdir.

Bir sözlə, Polis İdarəsində Pərvizə əvvəlcə elektroşokun, şər-böhtanın köməyi ilə elə dərin quyu qazıblarmış ki, şoka düşsün, onda elə təəssürat yaransın ki, quyunun dibindən onu heç Musanın əsası ilə də çıxarmaq mümkün olmayacaq. Məqsədlərinə nail olandan sonra isə onun üçün “xilasedici” nüanslar tapmağa çalışıblar. Materialdakı şahid ifadələrində ara-sıra gözə dəyən “Hadisə zamanı ucadan səs-küy olmamışdır”, “Pərviz onun (Gülgünün) koftasını cırmamış, əsəbi olduğu üçün ərizəsində belə yazmışdır”, “Pərviz Fuadı söysə də, ucadan söyməmişdir” kimi ifadələr də bu məqsədə xidmət edib.

Sumqayıt polisinin istintaq təcrübəsində əcaib presendentlər tətbiq edib - “Şikayətçi hirsli olduğu üçün şər atıb”; “şübhəli şəxs söyüb, amma ucadan söyməyib”; “vurub, amma xəsarət yetirməyib...”

Bu yerdə bir lətifə yada düşür: Bir məclisdə molladan soruşurlar ki, Məhərrəm ayında ərlə-arvad izdivac edə bilərmi. O da cavab verir ki, olar e, amma qəmli-qəmli.

Baş redaktor :Xuraman Əhlimanqızı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Külli miqdarda narkotik vasitənin məhv edilmə görüntüləri+VIDEO
Külli miqdarda narkotik vasitənin məhv edilmə görüntüləri+VIDEO
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur+VIDEO.
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur+VIDEO.
Abonentdən bir ünvanda istehlak etdiyi energiyə görə ikinci elektrik sayğacı tələb olunur.
Abonentdən bir ünvanda istehlak etdiyi energiyə görə ikinci elektrik sayğacı tələb olunur.
Ağdamın məhsuldar qüvvələri işğaldan azad edilmiş doğma rayona qayıdacaqları günləri səbirsizliklə gözləyirlər.
Ağdamın məhsuldar qüvvələri işğaldan azad edilmiş doğma rayona qayıdacaqları günləri səbirsizliklə gözləyirlər.
Baş prokurorluq təhsil dələduzlarının işini mediadan gizli araşdırır.
Baş prokurorluq təhsil dələduzlarının işini mediadan gizli araşdırır.
Avtobusda xəsarət alan şəhid bacısının şikayətinə baxan yoxdur.
Avtobusda xəsarət alan şəhid bacısının şikayətinə baxan yoxdur.
Qardaş ata mülkünü satdı, bacısını evdən qovdu.
Qardaş ata mülkünü satdı, bacısını evdən qovdu.
İlham Əliyev Azərbaycanı işğaldan azad edən tarixi liderimizdir.
İlham Əliyev Azərbaycanı işğaldan azad edən tarixi liderimizdir.