Azərbaycan İdeyası

Korrupsiya ilə mübarizə mövzusunda təlimlər keçirilib

Tarix:29-11-2023, 11:27
Baxış Sayı:117



Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həm müvafiq dövlət orqanları, həm də vətəndaş cəmiyyəti institutları ilə birlikdə müntəzəm tədbirlər həyata keçirilir.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin 20 iyul 2023-cü il tarixli əmri ilə “İqtisadiyyat Nazirliyində 2023-cü ilin ikinci yarımilliyi üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı” təsdiq edilib. Həmin planda sahibkarlıq fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə uyğun və şəffaf həyata keçirilməsi, hüquq və vəzifələrin tam mənimsənilməsi, vergidən yayınma və vergi hüquqpozmaları hallarına yol verilməməsi üçün vergi ödəyiciləri ilə aparılan müvafiq maarifləndirmə və təşviqat işlərinin səmərəliliyinin artırılması, vergi orqanı əməkdaşlarında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə mövzusunda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Belə tədbirlər çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməllərinin aşkar olunması və istintaqının aparılmasında səmərəliliyinin artırılması” mövzusunda təlim təşkil olunub.

Təlimdə DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev iştirak ediblər. Tədbirdə VCİABİ-nin 30-dan çox əməkdaşı iştirak edib, dinləyicilərin korrupsiya ilə mübarizə, vergidən yayınma əməlləri barədə sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı