Azərbaycan İdeyası

İqtisadiyyat nazirinin müavini Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyindən kənarlaşdırıldı

Tarix:19-12-2022, 13:06
Baxış Sayı:128

İqtisadiyyat nazirinin müavini Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyindən kənarlaşdırıldı
Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edib.

Prezident.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, iqtisadiyyat nazirinin müavini qurumun İdarə Heyətinin tərkibindən kənarlaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19 dekabr 2022, 12:48.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049; 2020, № 2, maddə 96; 2022, № 8, maddə 871) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 4.3-cü bəndinin ikinci cümləsində “– Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini - İdarə Heyətinin sədrindən (bundan sonra - İdarə Heyətinin sədri)” sözləri “- İdarə Heyətinin sədrindən” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2022-ci il

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 06:54
  Жалоба     
remodel bath Thornhill Canada
https://pinterest.ca/homerenostoronto/

kitchen makeover Etobicoke Canada
in your home Newmarket Canada
i want to remodel my kitchen

home kitchen renovation Vaughan Canada

house renos Ajax Canada
kitchen renovation Richmond Hill Canada
house in need of renovation Thornhill Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>full bath remodel Brampton Canada</a>

designer for renovation Mississauga Canada
home improvement renovations Newmarket Canada
renovation at home Scarborough Canada


#eZ5OKAYrV5acqAeL7
Bu gündən ictimai nəqliyyatda gedişhaqqı 60 qəpik olacaq
Bu gündən ictimai nəqliyyatda gedişhaqqı 60 qəpik olacaq
Nazirdən deputata, rektordan generaladək: Vəzifədə həyatla vidalaşanlar
Nazirdən deputata, rektordan generaladək: Vəzifədə həyatla vidalaşanlar
Aeroportdan şəhərə gəldi, taksiyə 42 manat ödədi - FOTO
Aeroportdan şəhərə gəldi, taksiyə 42 manat ödədi - FOTO
Bu icra başçılarının yaşı 70-ə çatır - SİYAHI
Bu icra başçılarının yaşı 70-ə çatır - SİYAHI
Cabir İmanovun infarkt olmasına idman səbəb olub? - DETALLAR
Cabir İmanovun infarkt olmasına idman səbəb olub? - DETALLAR
Əməkdar artist Cabir İmanov vəfat edib -+ƏLAVƏ
Əməkdar artist Cabir İmanov vəfat edib -+ƏLAVƏ
Aranlının mədəniyyət başqanı Elşən Əsədov “əvvəl gödəniyyət” prinsipi ilə işləyir
Aranlının mədəniyyət başqanı Elşən Əsədov “əvvəl gödəniyyət” prinsipi ilə işləyir
İctimai nəqliyyatda gedişhaqqı artırıldı
İctimai nəqliyyatda gedişhaqqı artırıldı