Azərbaycan İdeyası

AZƏRBAYCAN MƏHKƏMƏSİNİN “ŞEYX NƏSRULLAHLARI”

Tarix:1-02-2024, 12:05
Baxış Sayı:119

AZƏRBAYCAN MƏHKƏMƏSİNİN “ŞEYX NƏSRULLAHLARI”
Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir qrup hakimləri illər öncə vəfat etmiş vətəndaşları “dirildib”, onlara mülkiyyət payları verməklə, bu gün onların övladlarını vərəsəlik hüquqlarından məhrum etmək barədə nə məqsədlə dövlət adından ədalətsiz məhkəmə aktları qəbul edirlər?

Mustafayev Nahid Şahid oğlunun 01.06.2020-ci il tarixindən,13(102)-156/2020 saylı mülki icraat üzrə uçot-qeydiyyat kartoçkası əsasında icraata qəbul edilən əlavə kassasiya şikayəti üzrə illərlə niyə qərar qəbul edilmir?!

Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə
Azərbaycan Respublikasının Ədliyyə Naziri
cənab Fikrət Məımmədova
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri,
Məhkəmə-Hüquq Şurasının sədri
cənab İnam Kərimova
Sürəti: Milli Məclisinin üzvü, millət vəkili
cənab Aydın Mirzəzadəyə

Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-568/2023 saylı11.10.2023-cü il tarixli İnzibati iş üzrə idiaçılar Mustafayev Nahid Şahid oğlu və İsmayılova Yeganə Şahid qızı tərəfindən
Ə R İ Z Ə
Hormətli Baş prokuror cənab Kamran Əliyev, hörmətli nazir cənab Fikrət Məmmədov və Ali Məhkəmənin sədri İnam Kərimov cənabları!
Nəzərinizə çatdırıram ki, siz prossesual rəhbərliyi həyata keçirən ölkəmizin Baş prokuroru kimi, qanunvericilik aktlarının düzgün tətbiq edilməsinə nəzarət edən vəzifəli şəxs olaraq 27.07.2022-ci ildə Mingəçevir şəhərində vətəndaşları qəbul edərkən, həmin gün, təqribən saat 12:00-13:00 radələrində qəbulunuzda olub Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir qrup saxtakar, rüşvətxor hakimlərinin saxta və ədalətsiz qətnamə, qərarlar qəbul etməklə məni - Mustafayev Nahid Şahid oğlunu və bacım İsmayılova Yeganə Şahid qızını vərəsəlik hüququndan məhrum edərək, mərhum valideynlərimizə münasibətdə vərəsəlik hüququna malik olmayan və hazırda yaşadığım Mingəçevir şəhəri, A.Məmmədov küç. – 9, mənzil - 5 və N.Gəncəvi küç., ev - 5 mən. - 13 ünvanında valideynlərimnizdən miras qalan həmin mənzillərin istər alınmasında, istərsə də özəlləşməsində iştirak etməyən, bir manat vəsait xərcləməyən mərhum qardaşımız Mustafayev Şahabuddinin keçmiş həyat yoldaşı Mustafayeva Amaliya Rasim qızının mülkiyyətinə verilməsini qət edərək, törətdikləri xüsusi ağır cinayət əməlləri barədə Sizə məlumat verdim. Siz isə müraciətimə cavab olaraq bildirdiniz ki, həmin məhkəmə aktlarının Ali Məhkəmənin Plenum baxışına çıxarılmasını təmin etməklə, sənin pozulan konstitutsion mənzil hüququnun bərpasına köməklik ediləcək. Həmin vaxt vətəndaşların qəbulunda sizinlə birlikdə iştirak edən prokurorun əməkdaşı - Toğrul Əhmədovun ünvanıma göndərdiyi cavabında göstərilmişdir ki, mənim sizə təqdim etdiyim müraciətim tərəfinizdən Ali Məhkəməyə göndərilməklə, görülən tədbir barəsində Baş prokurorluğa və müraciət müəllifinə, yəni, Mustafayev Nahid Şahid oğluna məlumat verilməsi Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevdən xahiş olunur! Lakin, sizin qəbulunuzda olduğum tarixdən bu günədək mənim əlavə kassasiya şkayətimin Ali Məhkəmənin Plenum icraatında olduğu Ədliyyə Nazirliyindən ünvanıma daxil olan cavablarda təsdiqlənsə də, Ali Məhkəmənin Plenumunun qərarı bu günədək mənə təqdim edilməyib!!! Əlavə olaraq bildirirəm ki, mənim və bacım İsmayılova Yeganə Şahid qızının cavabdehlər Mingəçevir regional “Asan Xidmət” Mərkəzində notariat ofisində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti”-nə qarşı iddia ərizəmiz əsasında Şəki İnzibati Məhkəməsinin hakimi İsmayılzadə Fərid Sabir oğlu tərəfindən 25.08.2023-cü il tarixli, 2-1(116)-2519/2023 saylı və Şəki Apellyasiya Məhkəməsinin hakimləri Rəfiyev Rövşən Rafiq oğlu, Məlikov Vəzirxan İsgəndər oğlu və Günay xanım Cavadova İsmayıl qızı apellyasiya şikayətimiz əsasında 11.10.2023-cü il tarixli, 2-1(107)-568/2023 saylı qəbul etdikləri qərarda tətbiq etdikləri İnzibati Prosessual Məcəlləsinin 2-1, 13, 35.10-cu maddələrinin, eləcə də tətbiq etdikləri Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünsüzlüyünə dair”10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 6.7 və 8.5ci bəndlərinin də aşağıdakı tələblərini qəsdən, kobud şəkildə pozmuşlar. Belə ki, Ali Məhkləmənin Plenumu həmin qərarla məhkəmələrin diqqətinə çatdırmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmiun iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu halda cavabdehin nimtinasının olub-olmamasını, İPM-də nəzərdə tuutlan iddia nmüddətinə riayət edilib-edilmədiyini, prosesssual həmiştirakçıların yolverilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Bizim apellyasiya şikayətimiz əsasında qəbul etdikləri həmin-2-1(107)-568/2023 saylı qərardadın –Apellyasiya şikayətinin mümkünsüzlüyü bölməsində təsdiqləyirlər: - Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilməlidir. Həmin qərardadın nəticə hissədində isə qeyd etdikləri bu qənaətlərinin tam əksinə olaraq Şəki İnzibati Məhkəməsinin 25.08.2023-cü il tarixli, 2-1(116)-2519/2023 nömrəli, iddianın mümkünsüzlüyü barədə qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlmişlər!!! Başqa sözlə desək, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-568/2023 saylı qərardad qəbul edən hakimləri şikayətimiz əsasında qənaətlərini həmin qərardadın nəticə hissəsində təkzib etmişlər! İstər Şəki İnzibati məhkəməsinin, istərsə də Şəki Apellyasiya Məhkəməsinin hakimləri Fərid İsmayılzadə, Rövşən Rəfiyev, Vəzirxan Məlikov və Günay xanım Cavadova bizim iddia ərizəmiz, apellyasiya şikayətimiz əsasında qəbul etdikləri qərardadlarda bizim iddia tələblərimizin mülki izahat qaydasında baxılmalı olduğunu əsas götürüb, iddianın mümkünsüzlüyü nəticəsinə gəldikləri halda, iddia ərizəmizdə və apellyasiya şikayətimizdə həmin iddia tələblərimizin hazırda mülki icraat qaydasında Ali Məhkəmənin Plenum icraatında olduğunu qeyd etdiyimiz - iddia ərizəmiz, apellyasiya şikayətimiz əsasında qərardadalar qəbul edən hakimlər də mənim-iş üzrə iddiaçı Mustafayev Nahid Şahid oğlunun əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenum İcraatında olduğunu nəzərə alıb, bu səbəbdən də iddia tələblərimizin inzibati icraat qaydasında baxılmasının mümkünsüzlüyü əsasında 2-1(116)-2519/2023 və 2-1(107)-568/2023 sayulı qərardadlar qəbul etmişlər. Həmin qərardadları ərizəyə əlavə edirik.

Hörmətli cənab Fikrət Məmmədov!
Siz, Mingəçevir şəhərində vətəndaşları qəbul edərkən həmin vaxt köməkçinizin qəbulunda olub, Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir qrup adları iş materiallarında qeyd edilən cinayətkar, korrupsioner hakimlərinin mənim və bacım İsmayılova Yeganə Şahid qızını vərəsəlik hüququndan məhrum edərək, valideynlərimizdən bizə miras qalan, yuxarıda qeyd etdiyim ünvanda yerləşən mənzillərin bizdən alınaraq, həmin mənzillərə hüquqi aidiyatı olmayan Mustafayeva Amaliya Rasim qızının mülkiyyətinə verilməsi barədə ədalətsiz, saxta qərar qəbul etməklə, bizə qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri barədə müraciət etdim. Müraciətimə cavab olaraq Ədliyyə Nazirliyinin Təşkilat Nəzarət Baş İdarəsinin baş məsləhətçisi cənab Təbriz Əhmədovun 24.11.2022-ci il tarixdə ünvanıma göndərdiyi cavabında mənim Şəki Apellyasiya Məhkəməsinin MK-ın 18.01.2019-cu il tarixli, 2(107)-179/2019 saylı qərarından verdiyim kassasiya şikayətimin təmin olunduğu təsdiqlənir! Lakin, həmin qərar bu günədək mənə göndərilməyib! Hakimlərin mənə və bacım İsmayılova Yeganəyə qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri barədə əlavə kassasiya şikayətimə cavab olaraq Notariat İdarəsinin rəisi cənab Mehman Sultanovun 15.06.2022-ci il və 27.02.2023-cü il tarixli, 3-16-5/2-M-1036/2023 saylı cavablarında təsdiqləyir ki, həmin şikayətiniz hazırda Ali Məhkəmənin Plenumunun icraatındadır. Bu faktı Mingəçevir şəhər Məhkəməsinn sədri cənab Nemət Paşayevin 21.01.2022-ci il tarixli, M-1283 saylı növbətiu cavabında təkrarən təsdiqlənir. Lakin, mənə məlum olmayan səbəbdən Ali Məhkəməyə ünvanlanan əlavə kassasiya şikayətim üzrə Ali Məhkəmənin Plenumunun qəbul etdiyi qərar bu günədək mənə göndərilməyib!!! Göründüyü kimi, ölkənin Baş prokuroru kimi cənab Kamran Əliyevin və Ədliyyə Naziri kimi sizin - cənab Fikrət Məmmədovun müdaxilələrindən sonra da mənim - iş üzrə iddiaçı Mustafayev Nahid Şahid oğlunun və İsmayılova Yeganə Şahid qızının cinayətkar yolla hakimlər tərəfindən pozulan mülkiyyət, vərəsəlik hüquqlarımız iki ildir ki, bərpa olunmur!!! Sizin müdaxilənizdən sonra Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi cənab Elnur Babayev 02.10.2023-cü il tarixli, 133476/2023-3-16 saylı məktubula Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi” MMC-yə müraciət edərək, Mustafayeva Amaliya Rasim qızını və 9 ildən də artıq müddətdə vəfat edən mərhum anam Mustafayeva Qənirə İsa qızını, Şəki Apellyasiya Məhkəməsinin saxtakar və xəyanətkar hakimləri kimi, Şeyx Nəsrullahı dirildib, mülkiyyət hüququnu bərpa edərək, onların paylı mülkiyyətlərində olan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 saylı evin və Nizami küçəsi 5 saylı evin 13 saylı mənzilinin tələblə-təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 53.000 (əlli üç min) və 41.000 (qırx bir min) manat qiymətləndirildiyi həmin MMC-nin mütəxəsəssisi A.Eminov və direktoru Əli Hüseynov tərəfindən təsdiqlənir!!! Göründüyü kimi, sizin müdaxilənizdən sonra da bizə qarşı xüsusi ağır cinayət əməlləri törədən Şəki Apellyasiya Məhkəməsinin cinayətkar hakimlərinin törətdikləri cinayət əməllərinin qarşısı nəinki alınmır, onlar ifşa edilərək, intizam, cinayət məsuliyyətinə cəlb edilmirlər, əksinə, həmin cinayətkar hakimlərin xüsusi ağır cinayət əməllərinin İcra və Probasiya Şöbəsinin rəisi cənab Enur Babayev tərəfindən icrasına məsuliyyətsizcəsinə, çəkinmədən ciddi-cəhd göstərilir! Hazırda üç övladlarım, onlardan biri, I qrup əlil olmaqla, yaşadığım evimizi, mərhum anamıza qeyri adi humanistlik göstərərək, onu həyata qaytarıb, ondan miras qalan evlərə vərəsəlik hüququ olmayan Mustafayeva Amaliya Rasim qızı ilə müştərək qaydada, guya, mülkiyyət paytlarını müəyyən etmək məqsədi ilə həmin evləri hərraca çıxarıb satmağı, məni - Mustafayev Nahid Şahid oğlunu mülkiyyət, vərəsəlik hüquqlarından məhrum edərək, zorla, vəhşicəsinə övladlarımla birlikdə küçəyə atmağa cəhd göstərirlər!!!


Hörmətli Kamran Əliyev,Fikrət Məmmədov
və Aydın Mirzəzadə cənabları!!
Mənim Ali Məhkəmənin Mülki Kollegiyasının 29.05.2019-cü il tarixli, 2(102)-3658 /2019 saylı qərarından verdiyim əlavə kassasiya şikayətim əsasında Ali Məhkləmə Plenumunun qərarının mənə təqdim edilməsinin, məni və bacım İsmayılova Yeganəni vərəsəlik, mülkliyyət hüquqlarından məhrum edən hakimlərin törətdikləri xüsusi ağır cinayət əməllərinin üstünün açılması, cinayət məsuliyyətinə cəlb edilmələri üçün müdaxilə etməyinizi xahiş edirəm.

Ərizəyə əlavə edirik:-

1.Ədliyyə Nazirliyinin notariat idarəsinin rəisi cənab Mehman Sultanovun– tarixli, 15.06.2022-ci il tarixli, 65/21-14 saylı, 27.02.2023-cü il tarixli, 3-16-5/2-M-103-65/2023 saylı cavabları.

2. Mingəçevir şəhər Məhkəməsinin sədr vəzifəsini icra edən cənab Nemət Paşayevin 21.07.2022-ci il tarixində ünvanıma göndərdiyi cavabı.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda mülki icraat üzrə 13(102)-153/2020 saylı, 01.06.2020-ci il tarixli elektron uçot qeydiyyat kartoçkası.

4.Baş prokurorluqdan rəis müavini cənab Toğrul Əhmədovun imzasıyla 29.07.2022-ci il tarixli, 22-0090-01-01-059161 saylı cavabı.

İmza: Mustafayev Nahid

Tarix: 22.01.2024.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Külli miqdarda narkotik vasitənin məhv edilmə görüntüləri+VIDEO
Külli miqdarda narkotik vasitənin məhv edilmə görüntüləri+VIDEO
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur+VIDEO.
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur+VIDEO.
Abonentdən bir ünvanda istehlak etdiyi energiyə görə ikinci elektrik sayğacı tələb olunur.
Abonentdən bir ünvanda istehlak etdiyi energiyə görə ikinci elektrik sayğacı tələb olunur.
Ağdamın məhsuldar qüvvələri işğaldan azad edilmiş doğma rayona qayıdacaqları günləri səbirsizliklə gözləyirlər.
Ağdamın məhsuldar qüvvələri işğaldan azad edilmiş doğma rayona qayıdacaqları günləri səbirsizliklə gözləyirlər.
Baş prokurorluq təhsil dələduzlarının işini mediadan gizli araşdırır.
Baş prokurorluq təhsil dələduzlarının işini mediadan gizli araşdırır.
Avtobusda xəsarət alan şəhid bacısının şikayətinə baxan yoxdur.
Avtobusda xəsarət alan şəhid bacısının şikayətinə baxan yoxdur.
Qardaş ata mülkünü satdı, bacısını evdən qovdu.
Qardaş ata mülkünü satdı, bacısını evdən qovdu.
İlham Əliyev Azərbaycanı işğaldan azad edən tarixi liderimizdir.
İlham Əliyev Azərbaycanı işğaldan azad edən tarixi liderimizdir.