Azərbaycan İdeyası

Əksər hallarda cinayətkarlar əməllərini sona çatdırmaq, gizlətmək məqsədiylə daha şərəfsiz, ictimai təhlükəli variantlara əl atırlar!!!

Tarix:1-08-2023, 12:32
Baxış Sayı:30

Əksər hallarda cinayətkarlar əməllərini sona çatdırmaq, gizlətmək məqsədiylə daha şərəfsiz, ictimai təhlükəli variantlara əl atırlar!!!
Hüquqşünas Güloğlan Hüseynov

Binəqədi rayon prokuroru cənab Fuad Məmmədova

Binəqədi Rayon Məhkəməsinin sədri cənab Araz Kazımova

Binəqədi Rayon polis Şöbəsinin rəisi cənab İlqar Məmmədova

Ağdam Rayon Polis Şöbəsinin rəisi cənab Pərviz İsmayılova

“SPACE” telelkanalının “Gəl danış” sosial-kriminal verilişinin aparıcı direktoru cənab Amil Xəlilə

Sürəti: Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisi cənab İlham Həsənova


Binəqədi Rayon Məhkəməsinin hakimi cənab 17.07.2023-cü il tarixli saylı qərarı ilə 10 (on) gün müddətinə azadlıqdan məhrum edilən Allahverdiyev İlkin Mübariz oğlunun hüquqlarının müdafiəçisi Hüseynov Güloğlan Pəli oğlu və mülki iş üzrə digər cavabdeh Allahverdiyeva Emeliya Əli qızı tərəfindən

Ə R İ Z Ə

Hörmətli prokuror Fuad Məmmədov, məhkəmənin sədri Araz Kazımov, polis şöbəsinin rəisləri İlqar Məmmədov, Pərviz İsmayılov cənabları!
Nəzərinizə çatdırıram ki, 25.10.2023-cü ildə Allahverdiyev İlkin Mübariz oğlunun təqdim etdiyi sənədlərlə və Ağdam Rayon Məhkəməsinin 31.08.2022-ci il tarixli, 2(013)-1269/2022 saylı qətnaməsinin icraatına başlamaq haqqında icra məmuru Hüseynov Ələddin Qulam oğlunun 18.10.2022-ci il tarixli qərarı və digər sənədlərlə, eləcə də Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu tərəfindən qəbul edilən qətnamənin MPM-in 227.3-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə cavabdeh tərəflərə iki aydan artıq müddətdə göndərilməməsi faktı həmin qətnamənin əsassız, ədalətsiz olduğu qənaətinə gəlməyə əsas verirdi. Qeyd edilən məhkəmə qətnaməsi üzrə iddiaçı Allahverdiyeva Natəvan Natiq qızının ona məxsus olmayan qızıl-zinət əşyalarının cavabdehlərdən - keçmiş həyat yoldaşı Allahverdiyev İlkin Mübariz oğlundan və keçmiş qaynanası Allahverdiyeva Emeliya Əli qızından tələb etməsi faktı özlüyündə onun tələb etdiyi qızıl-zinət əşyalarının kimə məxsus olduğunu bilməməsini təsdiqləyirdi! Bu faktları əldə rəhbər tutub icra sənədində qeyd edilən qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq Allahverdiyeva Natəvana qaytarılması barədə məhkəmə qətnaməsinin icrasının MPM-in və CPM-in tələblərinə uyğun qarşısını alacağım barədə iş üzrə cavabdehlər Allahverdiyev İlkin və Allahverdiyev Emeliya qarşısında qeyd edilən faktla bağlı üzərimə öhdəlik götürdüm. Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyim qətnaməsinin icrası ilə əlaqədar icra məmuru Hüseynov Ələddin Qulam oğlunun cavabdeh Allahverdiyev İlkin Mübariz oğlu barəsində tərtib etdiyi MN saylı,1475257 nömrəli, 21.11.2022-ci il tarixli inzibati xəta haqqında protokolu, həmin protokol əsasında hakim Qurbanova Aygün Arzu qızının qəbul etdiyi 21.11.2022-ci il tarixli, 3(001)-3583/2022 saylı qərarı Bakı Apellyasiya və Binəqədi Rayon Məhkəməsinin hakimləri Hüseyn Cavid Vaqif oğlunun, Tağıyev Vüsal Adıgözəl oğlunun qəbul etdikləri 30.01.2023-cü il tarixli, 3(103)-204/2023 saylı və 22.02.2023-cü il tarixli, 3(103)-204/2023 saylı qərarlarla əsassız və qanunsuz olduğu təsdiqlənmiş və işin icraatına xitam verilmişdir! Bununla da icra məmuru Hüseynov Ələddin Qulam oğlunun və hakim Qurbanova Aygünlə cinayət əlaqəsinə girərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Allahverdiyev İlkin Mübariz oğluna qarşı cinayət əməlləri törətdikləri təsdiqini tapmışdır. Lakin nə Hüseynov Ələddin Qulam oğlu, nə də Qurbanova Aygün barəsində MPM-in 265-ci və 364-cü maddələrinin tələblərinə uyğun xüsusi qərardad qəbul edilkməmişdir!!! Bundan ruhlanan korrupsioner,ictimai təhlükəli element Hüseynov Ələddin Qulam oğlu məsuliyyət hisslərini itirib, Allahverdiyev İlkin Mübariz oğlundan qisas almaq, eləcə də onu həbs etdirib, valideynlərini Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyim ədalətsiz, saxta qətnaməsini icra etməyə, yəni, iddiaçı Allahverdiyeva Natəvana məxsus olmayan qızıl-zinət əşyalarını və ya onların dəyərini ona təcili qaytarılmasına nail olmaqla, özünü və onunla cinayət əlaqəsinə girən hakimləri məsuliyyətdən yayınmaq üçün növbəti dəfə vəzifə səlahiyyətindən sui-istifadə edərək, Allahverdiyev İlkin Mübariz oğlu barəsində üçüncü dəfə İXM-in eyni maddəsi ilə protokol tərtib edib, onu 17.07.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinə aparmış və həmin gün hakim vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, işi tam, hərtərəfli araşdırılmadan Allahverdiyev İlkin Mübariz oğlunun 10 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə saxta, ədalətsiz qərar qəbul edir! Əlavə olaraq onu da nəzərinizə çatdırırq ki, Allahverdiyev İlkin 18.11.2022-ci il tarixində Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğluna ərizə ilə müraciət edərək Allahverdiyeva Natəvan Natiq qızının iddia tələbi əsasında qəbul etdiyi qətnamənin ona göndərilməsi barədə ərizə ilə müraciət etsə də, həmin qətnamə bu günədək nə Allahverdiyev İlkinə, nə də iş üzrə digər iddiaçı Allahverdiyeva Emeliya Əli qıznının ünvanına göndərilməyib! Bu səbəbdən də, həmin qətnamədən MPM-in 360-cı maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin apellyasiya şikayəti vermək hüquqları da kobud şəkildə həm icra məmuru Hüseynov Ələddin Qulam oğlu, həm Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşad oğlu, həm də Əllədin Hüseynovla cinayət əlaqəsinə girən, yuxarıda adlarını qeyd etdiyimiz hakimlər tərəfindən nəticə də hazırda Binəqədi Rayon Məhkəməsinin hakimi Azərbaycan Dövləti adından qəbul etdiyi saxta, ədalətsiz qərarla Allahverdiyev İlkin Mübariz oğlu artıq 3 gündür ki, qanunsuz olaraq Binəqədi Rayon Polis Şöbəsinin müvəqqəti təcridxanasında saxlanılır! Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona qarşı cinayət əməlləri törətmiş cinayətkar icra məmuru Hüseynov Ələddin Qulam oğlu və onunla girən cinayət əlaqəsinə girən Binəqədi Rayon Məhkəməsinin hakimləri Qurbanova Aygün, Kərimova Mahirə Nəzər qızı və Bakı Apellyasiya Məhkəməsində Allahverdiyeva Emeliya Əli qızının apellyasiya şikayətini saxtalaşdıraraq mahiyyəti üzrə deyil, icra məmuru Ələddin Hüseynovun müraciəti əsasında 27.03.2023-cü il tarixli, 3(103)-605/2023 saylı ədalətsiz, cinayət tərkibli qərar qəbul edən Babayev Qədim Xalid oğlu isə intizam və cinayət məsuliyyətindən kənarlaşdırılır!!!
Hörmətli prokuror, məhkəmənin sədri, polis idarə və şöbə rəisləri!
Hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti təcridxanasında həbsdə olan Allahverdiyev İlkin Mübariz oğlunun dərhal həbsdən azad edilməsi üçün müdaxilə etməyinizi xahiş edirik!
Hörmətli cənab Amil Xəlil!
Hüquqlarını müdafiə etdiyim Allahverdiyev İlkin Mübariz oğlunun Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşad oğlu, icra məmuru Hüseynov Ələddin Qulam oğlunun və adlarını qeyd etdiyimiz Binəqədi Rayon Məhkəməsinin hakimlərinin törətdikləri cinayət əməlləri nəticəsində həbs edilməsi faktını rəhbərlik etdiyiniz “Gəl danış” sosial kriminal veriliş vasitəsiylə aidiyyəti rəsmi şəxslərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Baş Prokuror Kamran Əliyev, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və ölkə vətəndaşlarına çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.
Ərizəyə əlavə olunur:
1.Bakı Apellyasiya Məhkəməsinin 30.01.2023-cü il tarixli 3(103)-204/21023 saylı qərarı (hakim Hüseyn Cavid).
2.Binəqədi Rayon Məhkəməsinin 22.02.2023-cü il tarixli, 3(001)-717/2023 saylı qərarı (Hakim Tağıyev Vüsal Adıgözəl oğlu).
3.Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşad oğluna ünvanlanan iş üzrə cavabdeh Allahverdiyev İlkin Mübariz oğlu tərəfindən 18.11.2022-ci il tarixli ərizə.
4.İcra məmuru Ələddin Qulam oğlu Hüseynovun Allahverdiyev İlkin Mübariz oğlu barəsində tərtib etdiyi növbəti üçüncü inzibati xəta haqqında 17.07.2023-cü il tarixli protokolu.
5.Binəqədi Rayon Məhkəməsinin Allahverdiyev İlkin Mübariz oğlu barəsində qəbul edilən növbəti üçüncü 17.07.2023-cü il tarixli, saylı qərarı.
6. “:Korrupsiya və Qanun” qəzetinin 27.04.2023-cü il tarixli, №04(96) saylı buraxılışında dərc olunan “İcra məmuru Ələddin Hüseynov Qoçu Əsgər rolunda”, “Hakimin vətəndaşa qarşı törətdiyi ağır cinayət əməllərindən aidiyyatı dövlət orqanlarına, vəzifəli şəxsə müraciət etməsinə qadağa qoymaq kimi səlahiyyəti ona hansı hüquqi normativ aktla verilib?!”
7. Aşağıdakı suallar fırıldaqçı icra məmuru Hüseynov Ələddin Qulam oğlundan və onun tərtib etdiyi qanunsuz protokolları əsasında qərar qəbul edən Binəqədi Rayon Məhkəməsinin hakimlərindən cavab tələb edirlər.

İmza: Hüquqşünas Güloğlan Hüseynov.
İş üzrə cavabdeh Allahverdiyeva Emeliya.

Tarix: 20.07.2023

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK