Azərbaycan İdeyası

Deputatın tikinti şirkəti məhkəmə qərarını heçə sayaraq, işləyən dükanı sökməkdədir

Tarix:1-02-2024, 18:25
Baxış Sayı:118

Hələ beş il bundan əvvəl Prezident Administrasiyası sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AzərTAC Dövlət Agentliyində dərc edilən "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir" sərlövhəli məqalədə bildirmişdi ki, vətəndaşlar çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən şikayətçidirlər. Həm də müraciətlərdə bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən yazılır.
S. İsmayılov məqalədə müraciət edənlərin şikayətçi olduqları şirkətlərin adlarını da göstərmişdi. Barəsində daha çox şikayət edilən tikinti şirkətlərinin siyahısında "Poleks" MTK da vardı. Ancaq sonrakı müşahidələr göstərdi ki, adları çəkilən şirkətlərin çoxu, o cümlədən “Poleks” MTK qanunsuzluqlara rəvac verməkdə davam etdilər. Elə 2019-cu ilin fevralında Qarabağ əlilləri şikayətləndikləri məmurların fotolarını boyunlarından asıb etiraz edtdilər. Onlar döyüş yoldaşları olan Məhəmmədəli Hacıyevə dəstək üçün onun paytaxtın Xətai prospektində sökülən obyektinin önünə toplaşdılar. Onların etiraz etdikləri məmurlar kimlər idi? - Məhəmməd Hacıyevin obyektini sökən “Poleks” şirkətinin şərikli sahibləri hesab etdikləri “un kralı” kimi tanınan biznesmen - deputat Əsabil Qasımov və Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov!
“Tikilməkdə olan bu binanın yerində 232 kvadrat metr yerimiz olub. Cənab prezidentimizin də verdiyi fərman belədir ki, kiminsə yerini uçurarsan, əlindən alarsansa, 20 faiz də əlavə ödəməlisən. 278 kvadrat yer edir. Bizə 40-50 kvadratmetr üçün pul təklif elədilər. Razılaşmadıq. Səhər gəldik ki, dükanımızı yerlə yeksan ediblər. İçindən seyf, nisyə dəftəri, inşaat mallarını yox elədilər” – Məhəmmədəli Hacıyev demişdi. Hadisədən sonra Məhəmmədəli Hacıyev və şərikli işlədiyi Tahir Bayramov polisə, məhkəməyə müraciət etmişdi. Söküntüdən əvvəl Nərimanov Rayon Məhkəməsi ərazidə iş görməyi tikinti şirkəti “Poleks” MMC-yə qadağan etsə də, sonrakı olanlarla bağlı yekun qərar verilməmişdi. Qazi özünü və avtomobilini yandırmağa cəhd edərək, adı çəkilən məmurların əraziyə gəlməsini tələb edirdi. Az sonra hadisə yerinə gələn icra başçısının müavini Şahmar İbadov ona qarşı səsləndirilən ittihamları rədd etmişdi. “Poleks” MMC-nin qanuni təmsilçisi Şahin Qasımov (Əsabil Qasımovun qardaşı oğlu) isə şikayətçinin mülkiyyətini sökmək istəmədiklərini, guya yük maşınının toxunması nəticəsində dağıldığını, hətta bunu təsdiqləyən istintaq materialı da olduğunu demişdi. M.Hacıyev də tutarlı arqument ortaya qoymuşdu: “Qəza olmuşdusa, saxlayardınız, gəlib uçulan obyektimizə baxaydıq. İçindən əşyalarımızı götürəydik”. Şirkət iddiaçılara tikiləcək olan binadan mənzil təklif edirdi. Şikayətçilər isə deyirdilər ki, onların mənzilə yox, işləyib çörək pullarını çıxaracaq obyektə ehtiyacları var: “Şahmar İbadov mənə deyir ki, sənə 18-ci mərtəbədən bir ev verəcəm, dənizə panorama ilə baxacaqsan. Mən neynirəm panoramı? Mənim uşaqlarım acdır”.
Bu günlərdə isə “Poleks” MTK Xətai prospekti – 29 ünvandakı “Zambaiti Paratti” oboy dükanı yerləşən binanı xüsusi texnika vasitəsilə sökməkdədir. Şəxsi mülkiyyət olan dükanın sahibi “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirib ki, MTK ilə şərtləri müzakirə edəndə ortaq məxrəcə gəlmədiklərinə görə, işləri məhkəməyə düşüb. Məhkəmə dükan sahibinin xeyirinə qərar çıxarıb. Buna baxmayaraq, şirkət söküntüyə davam etməkdədir. Hətta gərginlik o həddə çatıb ki, dükanın əməkdaşları işdə ola-ola, tikinti şirkətinin texnikası binanın divarını deşib və insanların həyatını belə təhlükə altına qoyub.

Xuraman Quliyeva
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Güney Azərbaycanda ZƏLZƏLƏ
Güney Azərbaycanda ZƏLZƏLƏ
“Nəyi lazım biliriksə, onu da edəcəyik...” - Milli Məclisdə elə QƏRARLAR verildi ki...
“Nəyi lazım biliriksə, onu da edəcəyik...” - Milli Məclisdə elə QƏRARLAR verildi ki...
Süni ağardılan qənd, saxta düyü — SENSASİON iddialar
Süni ağardılan qənd, saxta düyü — SENSASİON iddialar
Azərbaycan nefti 200 dollara qalxa bilər, əgər...
Azərbaycan nefti 200 dollara qalxa bilər, əgər...
İslama görə nüvə silahı haramdır? - Xameneyi nə demişdi... İLGİNC DETALLAR
İslama görə nüvə silahı haramdır? - Xameneyi nə demişdi... İLGİNC DETALLAR
Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb
Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb
Şəhid Qasımov Cahan Xəqani oğlunun anım günü!
Şəhid Qasımov Cahan Xəqani oğlunun anım günü!
Bakıda məktəbdə DƏHŞƏT: ÖLƏN VAR
Bakıda məktəbdə DƏHŞƏT: ÖLƏN VAR