Azərbaycan İdeyası

Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir

Tarix:29-03-2024, 12:44
Baxış Sayı:132


Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan “Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apelyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir.

Digər dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Hakimlərin öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək müddətə azaldılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur.

Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi təklif olunur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Prezident Mərakeş kralını təbrik edib
Prezident Mərakeş kralını təbrik edib
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı