Azərbaycan İdeyası

Sənaye

Tarix:8-05-2024, 13:35
Baxış Sayı:64

Sənaye
2024-сü ilin yanvar-mart ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 22851,1 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,2 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 95,38 faizi sənaye məhsulları, 4,62 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
İstehsal olunan sənaye məhsulu və xidmətlərin 95,38 faizi emal və mədənçıxarma sənayesi bölməsinin, 3,05 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,57 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Ümumi istehsalda qeyri-dövlət sektoru 73,8 faiz, dövlət sektoru isə 26,2 faiz təşkil etmişdir.
1 aprel 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 32479,6 min manatlıq hazır məhsul qalığı olmuşdur.
Mal və xidmətlərin 19801,1 min manat və ya 86,7 faizi hüquqi şəxslər, 3050,0 min manat və ya 13,3 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur.
Sənaye istehsalçıları tərəfindən yanvar-mart ayları ərzində 6237,3 ton pambıq mahlıcı, 7198,2 ton pambıq çiyidi, 430,0 ton pambıq lint-tiftiyi, 92,2 ton pambıq ulyuku, 247,4 ton biyan turşusu, 246,0 ton biyan kipi istehsal olunmuşdur.
2024-сü ilin yanvar-mart ayları ərzində müəssisələr tərəfindən istehsal olunmuş məhsulların miqdarı və əvvəlki ilin müvafiq dövrü ilə müqayisəsi aşağıdakı cədvəldə göstərilmişdir.

Sənaye müəssisələri tərəfindən natura formasında istehsal olunmuş məhsullar müqayisəli (tonla)
Məhsulun adı 2024-cü ilin
yanvar-mart aylarında 2023-cü ilin
yanvar-mart aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən, faizlə

Pambıq mahlıcı 6237,3 6777,9 92,0
Pambıq çiyidi 7198,2 8353,3 86,2
Pambıq tiftiyi (linti) 430,0 393,1 109,4
Pambıq ulyuku 92,2 30,0 3,1 dəfə
Biyan turşusu 247,4 205,8 120,2
Biyan kipi 246,0 50,9 4,8 dəfə


OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı