Azərbaycan İdeyası

Qardaş ata mülkünü satdı, bacısını evdən qovdu.

Tarix:18-07-2024, 16:50
Baxış Sayı:108

Sumqayıt şəhəri, 41-ci məhəllədə qeydiyyatda olan və yaşayan Abbasova Nüşabə Fəyaz qızı “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti redaksiyasına yazılı müraciət edərək qardaşından şikayətlənmişdir.
Nüşabə Abbasova 28 may 2024-cü il tarixli ərizəsində bildirir ki, anası 2003-cü ildə vəfat edəndən sonra qardaşı Abbasov Şahin Fəyaz oğlu ata mülkünü satıb, onu yanına gətirib, lakin yola getmədiyi üçün evdən qovub, kirayə ev tutub yaşamağa məcbur olub. Şahin vəfat etmiş qardaşı Valehin oğlu Ramini öz yanında saxlayır. Onlar ikisi də əlbir olaraq Nüşabənin pullarını mənimsəyiblər – Ramin 4000 manatı, Şahin isə 3000 AZN pulu. Olub ki, Şahin onun sınmış qoluna xəsarət yetirib.
Şikayətçi qeyd edir ki, qardaşının əməllərindən Daxiuli İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq məlumatlandırıb. Amma bildirdiyinə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1 saylı Polis Bölməsinin əməkdaşı Qəhrəmanov Şahmar Namaz oğlu ondan 140 manat pul istəyib, qardaşının evini etməsini tələb edib: “Ya kirayə ev tut, ya da get Qocalar Evində məskunlaş”.
Ərizəyə əlavə edilmiş sənəd və məktub surətlərindən görünür ki, Sumqayıt RPİ-nin 1 saylı Polis Bölməsi cinayət işi başlamayıb, 3 saylı Polis Bölməsi isə şikayətçiyə məhkəməyə müraciət etməyi tövsiyə edib.
N.Abbasova həmçinin qeyd edir ki, hazırda Sumqayıt şəhər 41-ci məhəllədə yataqxanada bir otaqda kirayə yaşayır, aldığı 300 (üç yüz) AZN pensiya onun dolanışığına yetmir. Odur ki, probleminin mətbuatda ictimailəşdirilməsini, aidiyyəti orqanların diqqətinə çatdırılmasını xahiş edir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı