Azərbaycan İdeyası

POLIS ƏLINDƏ BIÇAQ YAXALADIĞI ŞƏXSI NIYƏ YALNIZ INZIBATI MƏSULIYYƏTƏ CƏLB EDIB?

Tarix:19-11-2020, 11:37
Baxış Sayı:328

İmişli rayonu, İmişli şəhəri, Şıxlinski küçəsi, ev 21 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 137 ünvanda yaşayan Abbasov Əsgərxan Səfər oğlu redaksiyamıza müraciət edərək, qızının acı aqibəti barədə məlumat vermiş, ona acı çəkdirən səbəbkarın barəsində ciddi ölçü götürməyən hüquq-mühafizə orqanlarından gileylənmişdir.
Övladının taleyindən narahat olan ata yazır ki, qızı 1983 – cü il təvəllüdlü Abbasova Fərqanə Əsgərxan qızı 2003-cü ildə Abbasov Abbas Muxtar oğlu ilə ailə qurmuş və onların birgə nigahından bir qızı və iki oğlu dünyaya gəlmişdir. Onun sözlərinə görə, gəlin düşdüyü ocaqda Fərqanəni kölə kimi istismar etmişlər, bacı-qardaşı, qohum-əqrəbası ilə ünsiyyətinə icazə verməmişlər. İçki düşkünü olan əri 2012-ci ildə hətta onun başını kəsməyə də cəhd göstərib, hadisə yerində olan anası və qızı mane olublar. Bildirir ki, 2019-cu ilin oktyabr ayının 4-dən Fərqanə uşaqları ilə birlikdə gəlib atası evinə yığışıblar. Lakin, Abbas onları yenə rahat buraxmayıb. 2019-cu ilin dekabr ayında (gün xatırladılmır-red.) gecə saat 23:20 radələrində Abbas qaynatasının evinə hücum edib və bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edilib. Sonra Abbas telefonla, sosial şəbəkə vasitəsilə tez-tez Fərqanəni və atasıgili şantaj edib. Bu barədə də hüquq-mühafizə orqanlarına məlumat verilsə də, Abbasın haqqında heç bir ölçü götürülməyib. Şikayətçi qeyd edir ki, hər dəfə polis işçiləri hadisə baş verməyincə heç bir tədbir görə bilməyəcəklərini deyiblər.
Əsgərxan kişi haqlı olaraq belə bir sual ortaya qoyur: “Gərək mütləq kimsə ölməlidir ki, sonra bunlar (oxu: hüquq-mühafizə orqanları əməkdaşları – red.) ölçü götürsünlər? Millət “102”-yə inanır, amma polis bir iş görmür”.
Ə.Abbasov xatırlayır ki, bir dəfə Abbasın anası, qardaşı, bacısı, daha bir neçə nəfər qohum-əqrəbası onlara barışığa gəliblər: “Mən onlara dedim ki, gedin, Abbası müalicə elətdirin, sonra gələrsiniz. Onlar söz verib gedirdilər. Üç gün keçməmiş Abbas yenə evə hücum edirdi, uşaqlarına əxlaqsız çılpaq qadın şəkillərini göndərib tərbiyəsiz sözlər yazırdı ki, bu sizin ananızdır. Ona görə də uşaqları onu qəbul etmirdilər. Hər dəfə hücum edəndə əlində soyuq silah olurdu...”
Şikayətçi yazır ki, növbəti dəfə Abbasın hücumuna məruz qalanda “102” xidmətinə zəng vurduqdan sonra 14-cü Polis Bölməsinin əməkdaşları gəlib onun əlində soyuq silah tutublar. Amma qəribədir ki, polis Abbasa 20 sutka inzibati həbs verməklə kifayətlənib.
Əsgərxan Abbasovun redaksiyaya təqdim etdiyi materialları nəzərdən keçirərkən, görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi 22.01.2020-ci il tarixli məktubu ilə Əsgərxan Səfər oğluna və Fərqanə Əsgərxan qızına bildirir ki, onların müraciətini araşdırılması və Abbas Muxtar oğlunun izahatının alınması üçün məlumatları İmişli Rayon Polis Şöbəsinə göndərib (Abbas Abbasov İmişli rayonu, Qara Qarayev küçəsi, ev 40 ünvanda qeydiyyatdadır).
Fərqanənin əri tərəfindən hətta ata evinə qayıdandan sonra da tez-tez döyülməsini aldığı və tibb müəssisələrində tarixçəsi açılan xəsarətlər də təsdiqləyir. Məsələn, Sabunçu 3 saylı Şəhər Xəstəxanasının 9 sentyabr 2020-ci il tarixli 849 nömrəli arayışında göstərilir ki, o, qarın nahiyəsindən, döş qəfəsindən, qara ciyərindən, dalağından, diafraqmadan və bədəninin başqa nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alaraq qan itirib. Ondan bir ay əvvəl də döyülən Fərqanənin müraciətinə 14-cü PB-nin baş təhqiqatçısı Samir Allahverdiyevin münasibəti obyektiv olsaydı, nəticədə Abbas zərərsizləşdirilsəydi, əlbəttə ki, o, bir ay sonra qan tökə bilməzdi. Baş təhqiqatçı nədənsə o vaxtadək Fərqanənin əri tərəfindən daim təhdid olunduğunu, hədələndiyini nəzərə almayaraq, məhkəmə tibbi ekspertiza qarşısında gülməli suallar qoyur: Abbasova Fərqanə Əsgərxan qızının bədəni üzərində nə kimi xəsarətlər vardır, həmin xəsarətlər hansı alətlə yetirilmiş, özü tərəfindən özünə yetirilməsi və yıxılması nəticəsində əmələ gəlməsi mümkündürmü, yetirilmə müddəti 09.08.2020-ci il tarixə uyğundurmu və ağırlıq dərəcəsinə görə hansı növünə aiddir?”
Belə çıxır ki, təhqiqatçı hətta Fərqanənin özünə xəsarət yetirməsindən, habelə ərini şərləməsindən də şübhələnir. Bəs elə isə daxili inamı ona nə deyir? Bəyəm telefon zənglərini, feyzbuk, vatsap mesajlarını araşdırıb nəzərdən keçirmək, hal şahidlərini dindirmək beləmi çətindir ki, Abbasın Fərqanəni hədələdiyini, həmçinin onun uşaqlarına ləyaqətsiz ata olduğunu sübuta yetirmək mümkün olsun? Cinayət Məcəlləsinin təkcə 134-cü (Öldürməklə hədələmə) maddəsi yetər ki, Abbası bir neçə illiyə həbsxanaya ezam etmək olsun. Orada araqsız qalıb bəlkə alkoqol aludəçiliyindən müalicə də oluna bilər.

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı