Azərbaycan İdeyası

Masallı rayonunda nələr baş verir?

Tarix:30-07-2024, 12:49
Baxış Sayı:166

Masallı rayonunda nələr baş verir?
Azərbaycan adlı müstəqil bir ölkədə yaşayırıq.Bu ölkənin havasından,suyundan,çörəyindən qidalanırıq.Təbii ki,ölkənin qanunlkarına hörmətlə yanaşmaq hər birimizin müstəqil borcudur.Lakin,təssüflər olsun ki,bəzən bu qanunlar elə qanun keşikçiləri tərəfindən pozulur.Belə ki,bu yaxınlarda redaksiyamıza Masallı rayonunun kənd sakini Cəbiyev Rafət Hüseynxan oğlu tərəfindən bir şikayət daxil olmuşdur.Ərizədə bildirilir ki,iki il öncə onun həyat yoldaşı Mikayılova Bahar Rafiq qızı iki azyaşlı övladını heç bir qohumluğu olmayan yad bir qadının yanına qoyaraq xaricə,Türkiyəyə qaçmışdır.Bundan xəbər tutan ər,uşaqlarını evinə gətirmişdir və Cəbiyev Rafətin keçmiş həyat yoldaşıın narkotik aludəçisi olduğundan şübhələndiyi üçün onun qan testi verməyini tələb etmişdi.Lakin,qadın xaricdə olduğundan məhkəməyə gəlmədiyi üçün,hakimin qərarı ilə uşaqlar ataya verilmişdir.
Bu il,yəni 2024-cü ilin iyun ayının 26-da qadın KİA RİO markalı,ağ rəngli maşınla iki nəfər yad kişi ilə gəlmiş,Cəbiyev Rafət işdə olduğu halda onun qapısının cəftəsini qıraraq,68 yaşlı anasını döyərək,ananın qollarına bıçaq xəsarəti yetirərək iki azyaşlı qızlarını oğurlayıb aparmışlar.Vətəndaş R.Cəbiyev Masallı RPŞ-nə gələrək hadisədən şikayət vermişdir.Bu hadisədən bir aydan artıq vaxt keçməsinə baxmayaraq,hələdə uşaqlardan xəbər yoxdur.Təhqiqatçı Vasif adlı şəxs işi araşdıraraq inzibati xəta kimi qiymətləndirib.Halbu ki,vətəndaş Cəbiyev R. əlində olan məhkəmə qətnaməsində qadının uşaqları görmək hüququ belə yoxdur.Xatırladaq ki,Masallı RPŞ-nin təhqiqat şöbəsinin rəisi,polis mayoru Zaur Talıbovun Bahar Mikayılovanın yaxın qohumudur.Şikayətin izi ilə Biz Masallı rayonunda olduq.Masallı RPŞ-nin rəisi Azay Ağayevlə görüşdük.Rəis A.Ağayev qərara gözucu nəzər saldı və dedi ki,"Məhkəmə qadının xeyrinə qərar verib,gedə bilərsiniz." Bizdə bütün olanları olduğu kimi yazmağı özümüzə borc bildik.Məsələnin ardını,məhkəmənin növbəti qərarını da Siz oxucularımızın diqqətinə çatdıracağıq.
Aidiyyatı orqanlardan xahiş edirik ki,məsələyə daha obyektiv baxaraq hüquqi qiymət versinlər.Bu iki azyaşlı qız uşaqlarının teleyinə biganə qalmasınlar.

Müəllif:Bizim fakt qəzetinin Baş redaktoru Səadət İbrahimova.




OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı