Azərbaycan İdeyası

Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - FOTO

Tarix:21-08-2020, 16:46
Baxış Sayı:325


Sığınacağa səkkiz aylıq uşaq və anası gətirilib, ana narkotik aludəçisidir.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, ana və uşaq Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon 27-ci Polis Bölməsinin əməkdaşlarının müşayiəti ilə sığınacağa gətirilib:
"Rəsmi qaydada ana və uşaq sığınacağa qəbul olunub. Lakin ilkin baxışda ananın pis vərdişlərə malik olduğu (narkotik vasitə istifadəçisi) hiss edilib. Qəbul olunan zaman ana və uşaq karantin qaydaları çərçivəsində zəruri gigiyenik normalara uyğun olaraq dezinfeksiya tədbirlərinə cəlb olunublar. Daha sonra təmiz paltar və yeməklə təmin ediliblər".
K.Ağazadə deyir ki, axşam saatlarına yaxın qadının hərəkətlərində qəribəliklər müşahidə edib:
"Qadın bir anda titrəməyə başladı, gərginlik keçirdi. Biz ondan bunun səbəbini soruşduqda özü etiraf etdi ki, narkotik vasitə istifadəçisidir. İllərdir biz müxtəlif cür insanlarla rastlaşmışıq deyə, artıq vəziyyətin hansı yerdə olduğunu başa düşdük. Ona ağrıkəsici dərman verdik, bundan sonra qadın bir qədər sakitləşdi. Lakin gecə saat 3-də sığınacaqdan çıxaraq binanın damı ilə çıxıb getdi. Getməzdən qabaq da uşağın yastığının altına məktub qoyub.
Məktubda üzrxahlıq edib və uşağının arxasınca geri qayıdacağını yazıb. Bizə ad və soyadını tamamilə yanlış verib. Hazırda biz onun kimliyini tapmağa çalışırıq. Aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən də xanım axtarışa veriləcək".
Onu da qeyd edək ki, qadının həyat yoldaşı da narkotik vasitə istifadəçisi olub və hazırda həbsxanadadır.

Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - FOTO

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı